Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“SABAH” qruplarına müsahibə keçirilir

Müsahibəyə 750-yə yaxın tələbə buraxılıb.

Bu gündən etibarən “SABAH” qruplarına qəbul olmaq istəyən namizədlər üçün Bakıdakı 202 nömrəli tam orta məktəbdə müsahibə keçirilir. Bu barədə Simsar.az-a Təhsil Nazirliyinin mətbuat xidmətindən  məlumat verilib. Məlumata görə, 3 gün davam edəcək müsahibə mərhələsinə II mərhələnin yekunlarına əsasən, yetərli bal toplayan 24 ixtisas üzrə 750-yə yaxın tələbə buraxılıb.

“SABAH” qrupunun tam tərkibi tələbələrin akademik göstəriciləri, test imtahanından topladığı ballar, müsahibənin nəticələri təhlil olunduqdan sonra müəyyən ediləcək.

Qeyd edək ki, “SABAH” qruplarına ərizələrin qəbulu mayın 12-dən iyunun 15-dək aparılıb. Müsabiqənin II mərhələsində - imtahanlarda iştirak etmək üçün 53 ixtisas üzrə 2500-dən çox tələbə qeydiyyatdan keçib. İyulun 6-da keçirilən imtahanlarda ümumilikdə 1154 nəfər namizəd iştirak edib.

Aysel Kərimova

 






17 İyul, 2014  12:50 Baxılıb: 614 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner