Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən HESABAT - YENİLƏNİB

Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin katibi Vüsal Hüseynov idarənin 2014-cü ilin I yarımilliyinin hesabat dövründə görülən işlərdən danışıb. məlumatına görə, o vurğulayıb ki, hesabat dövründə Bakıda 4-cü ASAN Xidmət mərkəzinin yaradılması ilə Bakı rayomlarının qeydiyyatı ilə bağlı məhdudiyyət aradan qalxdı: “Bundan başqa fevral ayında prokurorluq haqqında qanuna dəyişiklik edildi. Bununla da Korrupsiyaya qarşı Mübarizə İdarəsi baş idarə statusunu aldı.

May ayından başlayaraq ictimai iştirakçılıq haqqında qanun qüvvəyə mindi ki, bu da QHT-lər  və onların qanunların qəbul olunmasında iştirakı üçün əhəmiyyət kəsb edir.

Azərbaycanın Avropa Şurasının Nazirlər Kabinetinin rəhbərlik müüdətinin başlaması və fəaliyyəti ərzində korrupsiyayla mübarizənin prioritet olacağı vurğulandı. Bu da korruösiyayla mübarizədə olan iradənin göstəricisidir”.

Vüsal Hüseynov vurğulayıb ki, idarənin əsas fəaliyyət istiqamətlərindən biri də korrupsiyaya qarşı mübarizə üzrə həyata keçirilən fəaliyyət planlarını qiymətləndirməkdir: “Azərbaycanda 2012-ci ildən başlayaraq iki illik fəaliyyət planı mövcuddur. Bunlar açıq hökumətin tətbiq edilməsi və korrupsiyaya qarşı mübarizə planlarıdır. Qiymətləndirmənin nəticəsinə görə bu fəaliyyət planı 64% icra edilib. Fəaliyyət planlarında müxtəlif qurumlar üçün konkret vəzifələr müəyyən edilib. Bu o deməkdir ki, qurumlar tərəfindən informasiyaların əlçatanlığı, vətəndaşların qəbulu, maliyyə şəffaflığının təmin edilməsi üzrə tədbirlər həyata keçirilmişdir. Məsələn, 88% dövlət qurumları öz fəaliyyətləri ilə bağlı məlumatları internet səhifələrində yerləşdirirlər. əgər biz 2011-ci ildə dövlət qurumlarının internetə səhifələrinin yaradılmasını tələb edirdiksə, indi aşkar edirik ki, dövlət qurumları fəaliyyətləri barədə məlumatları internet səhifələrində dərc edirlər”.

Korrupsiyaya qarşı mübarizə komissiyanın sifarişi ilə sorğu keçirilib və  ilkin nəticələrə görə vətəndaşlar gündəlik həyatlarında bunun müsbət nəticəsini hiss edir.

*** 11:13

Baş prokuror yanında Korrupsiya qarşı Mübarizə İdarəsinin rəisi Kamran Vəliyev vətəndaşların qurumlarla bağl daxil olan şikayətlərinin statistikasını açıqlayıb. Simsar.az xəbər verir ki, Ədliyyə Nazirliyindən 7, Fövqəladə Hallar Nazirliyindən 3, Dövlət Miqrasiya Xidmətindən 5, Daxili İşlər Nazirliyindən isə 4 vətəndaş şikayəti daxil olub.

Kamran Əliyev qeyd edib ki, idarə həmçinin Vergilər Nazirliyi ilə birgə əməliyyatlar keçirib.

 

*** 10:44

 

Simsar.az xəbər verir ki, Baş prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi 2014-cü ilin I yarımili ərzində görülmüş işlərə dair hesabatını təqdim edib. Xəbər verir ki,  tədbirdə çıxış edən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev qeyd edib ki, 2014-cü ilin I yarımili ərzində idarə tərəfindən vətəndaşların 1.603 müraciətinə baxılıb, həmçinin 169 cinayət xarakterli material araşdırılıb. Həmin materialların 53%-i üzrə cinayət işi başlanıb, digər məlumatlar üzrə isə zəruri qabaqlayıcı tədbirlərin görülməsi təmin edilib.

Cinayət işlərinin 34%-i vəzifədən sui-istifadə, 5%-i vəzifə saxtakarlığı, 9%-i dələduzluq, 12%-i isə digər cinayətlər olub.

Hesabat dövründə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə  Baş İdarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə bu müddət ərzində 2.864 müraciət daxil olub. Əlaqəli dövlət qurumları ilə birgə görülmüş tədbirlər nəticəsində daxil olmuş müraciətlərin əksəriyyətinin müsbət həll olunması təmin edilməklə vətəndaşların pozulmuş hüquqları bərpa edilib, aşkar edilən qanun pozuntularının aradan qaldırılması məqsədi ilə müvafiq təşkilatlara təqdimatlar göndərilib, həmçinin müraciətlərin 9-u üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanıb.

2013-cü ilin müvafiq dövrü ilə müqayisədə dələduzluq 25%, rüşvət alma 4%, rüşvət vermə 2%, saxta sənədlərdən istifadə 5%, vəzifəli şəxsin səlahiyyətlərinin mənimsənilməsi 4%, vəzifə saxtakarlığı 3% olub.

11 milyon 870 min 261 manat ziyan dəyib. Bunlardan 7 milyon manatı ödənilib.

 

*** 10:28

 

Korrupsiyaya qarşı Mübarizə İdarəsinin 2014-cü ilin I yarımilinə olan hesabatının təqdimatında  rüşvət alınması faktları ilə bağlı məlumat verib. İdarənin rəisi Kamran Əliyev bildirib ki, keçirilən əməliyyat tədbirləri nəticəsində cinayət başında yaxalanmış şəxslər barəsində 6, o cümlədən korrupsiya hüquqpozmaları ilə əlaqədar toplanmış materiallar üzrə 3 cinayət işi başlanıb. Həmin işlərdən 7-si üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib: “Cinayət işləri Ağcabədi Pedoqoji Kollecinin direktoru Sahib Hüseynovun kollecin tələbəsindən sessiya imtahanlarından müsbət qiymət alması müqabilində 450 manat məbləğində rüşvəti alması, Bakı şəhər Nizami rayonu 117 №-li Mənzil Kommunal İstismar sahəsinin rəisi Bəşir Bəşirovun müvafiq sənədlərin verilməsi müqabilində vətəndaşdan 2 min manat, “Merac Holdinq”in İdarə Heyyətinin sədri Səbuhi Əliyevin zəlzələdən zərər çəkmiş ərazilərdə 204 evin yenidən tikilməsi üçün podrat işlərinin verilməsi müqabilində 20 min manat məbləğində rüşvət almaları və digər faktlarla əlaqədar olub”.

Həmçinin vurğulayıb ki, 2014-cü ilin I yarımili ərzində idarənin İstintaq şöbəsi tərəfindən 147 şəxs barəsində 103 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib: “Həmin cinayət işlərindən 3 şəxs barəsində 2  iş rüşvət vermə, 4 şəxs barəsində 4 iş rüşvət alma, 16 şəxs barəsində 11 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, 4 şəxs barəsində 4 iş vəzifə səlahiyyətlərini aşma, 7 şəxs barəsində 4 iş vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə, 53 şəxs barəsində 38 iş mənimsəmə və israf etmə, 41 şəxs barəsində 25 iş dələduzluq və digər faktlarla əlaqədar olub”.

Məhkəmələrə göndərilən cinayət işləri üzrə vurulan 11 milyon 870 min manat ziyandan istintaq müddətində 6 milyon 10 min  manat və ya 50,6 %-i ödənilən, qalan ziyanın təqsirləndirilən şəxslərin əmlakları üzərinə həbs qoyulmaqla ödənilməsi üçün qanunla nəzərdə tutulan tədbirlər görülüb.

Aysel Kərimova






17 İyul, 2014  09:44 Baxılıb: 769 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner