Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Ötən gecənin qara olayları - Xronika

Simsar.az FHN-nin rəsmi saytına istinadən bu gecə ölkəmizin bölgələrində baş verən hadisələrin xronikasını təqdim edir:

Yardımlı rayonu, Zəngələ kəndində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan birmərtəbəli 2 otaq, eyvanından ibarət evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 07:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

***

Balakən rayonu, Tülü kəndində (rayon mərkəzindən 11 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 180 kv.m olan taxta sexinin dam örtüyünün yanar konstruksiyaları 50 kv.m sahədə və içərisinə yığılmış 8 kub taxtanın 2 kubu yanıb. Sexin və taxtanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 07:27-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

***

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonunda 1 nəfərin intihar məqsədilə körpünün üzərinə çıxması barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən vətəndaşla aparılmış psixoloji söhbət nəticəsində intihara cəhdin qarşısı alınıb. İntihara cəhd edən şəxs aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 04:35-də başa çatıb.

Neftçala rayonu, Qaraqaşlı kəndində vətəndaşa məxsus 264 ton ot bağlamasının 168 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 21:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

***

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər çoxmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilin qapısını təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə bayır tərəfdən açıblar. Mənzilə baxış keçirilərkən vətəndaş yatmış vəziyyətdə aşkar edilib. Əməliyyat saat 00:29-da başa çatıb.

 






17 İyul, 2014  09:00 Baxılıb: 821 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner