Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Bakıda dələduzlar yaxalandı

Bakıda vətəndaşların etibarından sui-istifadə edərək dələduzluq yolu ilə onlara məxsus külli miqdarda əmlakı ələ keçirmək məqsədilə sayt yaratmış şəxslər saxlanılıblar.

Bakı şəhər prokurorluğu və Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətlərindən Simsar.az-a daxil olna birgə məlumata görə, Bakı şəhər sakini Asəf Hacı-İsmayılov və qeyriləri tərəfindən təsis edilmiş "DES" Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxsləri "Köhnə bakılılara yeni ev" şüarı altında sayt yaratmış, vətəndaşların etibarından sui-istifadə edərək dələduzluq yolu ilə onlara məxsus külli miqdarda əmlakı ələ keçirmək üçün guya paytaxtın mərkəzi prospektlərindən birində çoxmərtəbəli bina tikəcəkləri barədə həmin saytda və digər kütləvi informasiya vasitələrində reallıqdan uzaq elanlar, reklam xarakterli informasiyalar yerləşdirilib.

Araşdırmalar zamanı "DES" Məhdud Məsuliyyətli Cəmiyyətin sözügedən fəaliyyət növü ilə müvafiq lisenziya olmadan fəaliyyət göstərdiyi müəyyən edilmiş, faktla bağlı Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanmış, adı çəkilən MMC-nin vəzifəli şəxsləri - Asəf Hacı-İsmayılov, Nazim Səmədov və Orxan Fərhadov şübhəli şəxs qismində tutulublar.

İstintaq-əməliyyat tədbirlərinin davamı olaraq cəmiyyətin Bakı şəhəri, Badamdar qəsəbəsi, 156 ünvanında yerləşən ofisində aparılmış axtarış zamanı iş üçün əhəmiyyət kəsb edən sənədlər, möhür, ştamp, müqavilə və ərizə formaları, 9 bloklu evin ümumi və ayrı-ayrı otaqlarının, mərtəbələrinin sxemləri, 3 ədəd kompüter və 1 noutbuk, həmçinin, iki nəfərlə 65.000 və 25.000 manat dəyərində mənzillərin alqı-satqısına dair imzalanmış müqavilələr, eləcə də 20-yə yaxın şəxsin müvafiq ərizələri götürülubdür.

Tutulan şəxslərin ifadələrindən və digər sənədlərdən də göründüyü kimi, onlar inşa edəcəkləri, ümumi dəyəri 17.000.000 manatdan çox olan 16 mərtəbəli, 9 bloklu və 810 mənzilli binada həmin mənzillərin hər kvadratmetrini sakinlərə guya 380 manata satılması nəzərdə tutulub.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.






16 İyul, 2014  21:08 Baxılıb: 673 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner