Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Azərbaycanda ilk dəfə koxlear implantasiyasi

Daxili İşlər Nazirliyinin (DİN) Arif Heydərov adına Respublika Hospitalında bu şəfa ocağının 50 illik yubileyinə həsr olunmuş koxlear implantasiya üzrə master-klass keçirilib. Nazirliyin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, DİN Tibb İdarəsinin rəisi, tibb xidməti polkovniki Mahmud Yusifov tədbiri giriş sözü ilə açaraq Avstriyadan, Rusiyadan və Belarusdan gələn qonaqlara daxili işlər naziri, general-polkovnik Ramil Usubovun  salamlarını çatdırıb.

Daha sonra Sankt-Peterburq şəhərindəki “LOR” Elmi-Tədqiqat İnstitutunun bölmə  rəhbəri, 3000-dən çox implantasiya əməliyyatı həyata keçirmiş tibb elmləri doktoru Vladislav Kuzovkov tərəfindən yaşyarımlıq iki körpə üzərində həyata keçirilən əməliyyat konfrans zalında onlayn rejimdə göstərilib. Bildirilib ki, koxlear implantasiya Azərbaycanda ilk dəfə olaraq Daxili İşlər Nazirliyinin Hospitalında aparılır. Bu əməliyyatın əsas özəlliklərindən biri də anadangəlmə kar doğulmuş körpələrin gələcək əlilliyinin qarşısının vaxtında alınmasıdır. Nəzərə çatdırılıb ki, bir gün öncə də 2 xəstə üzərində uğurla eyni əməliyyat keçirilib.

Tədbirdə Avstriyadan, Rusiyadan və Belarusdan gəlmiş tibb mütəxəssisləri tətbiq olunan cərrahi yenilik barədə çıxışlar edib, iştirakçıları maraqlandıran sualları cavablandırıblar.







16 İyul, 2014  18:31 Baxılıb: 1961 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner