Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Rihanna Fələstinə dəstəyinə peşman oldu: “Sadəcə səhv idi”

10 günə yaxındır ki. İsrailin hücumlarına məruz qalan Fələstində sivil şəxslərin, az yaşlıların öldürülməsi sosial şəbəkələrdə etirazla qarşılanıb. Bu məqsədlə Fələstin xalqına dəstək üçün #FreePalestine (Azad Fələstin) haştaqı yaradılıb. Simsar.az xəbər verir ki, bir çoxlarının dəstək verdiyi etiraza məşhur müğənni Rihanna da qoşulub. Ancaq yalnız 8 dəqiqəlik. Belə ki, müğənni dünən səhər saatlarında “Twitter” vasitəsilə start verilən virtual aksiyaya dəstək verib. Lakin dərhal izləyiciləri tərəfindən təzyiqə məruz qalıb. Bu səbəbdən 8 dəqiqə sonra paylaşımını silib

36 milyona qədər izləyicisi olan Rihannanya yaxın olan bir şəxs mətbuata bu barədə açıqlama verərkən bunun səhvən baş verdiyini deyib. O, bildirib ki, əslində Rihanna bu tviti qəsdən atmayıb. Hər şey sadəcə səhv ucbatından olub.

Qeyd edək ki, ötən şənbə Amerikanın basketbol klubu NBA-nın oyunçularından Devayt Hovard da həmin haştaqla bir tvit paylaşsa da bir müddət sonra silmişdi. 5 milyondan çox izləyicisi olan Hovard, tvitini sildikdən sonra “Bir qədər əvvəlki tvit xəta idi.Mən indiyə qədər Beynəlxalq siyasətə dair heç vaxt fikir bildirməmişəm. Heç vaxt da etməyəcəm. Əgər kimisə narahat elədimsə üzr istəyirəm” fikirlərini paylaşıb.

Ülviyyə Cövdətqızı







16 İyul, 2014  18:07 Baxılıb: 749 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner