Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Prezident ordenlər verdi: 3 sərəncam

*** 19:00

Azərbaycan Prezidenti İlham Əliyev Tofiq Zeynalovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Tofiq Məhəmmədəli oğlu Zeynalov Respublikanın ictimai-siyasi həyatında xidmətlərinə görə təltif olunub.

18:51

Prezident İlham Əliyev Rasim Əliyevin "İstiqlal" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sənədə əsasən, Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə Rasim Həsən oğlu Əliyev Azərbaycan Respublikasının "İstiqlal" ordeni ilə təltif edilir.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən göstərilən səyyar xidmətlərin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sənəddə qeyd olunur ki, ölkədə həyata keçirilən institusional islahatlar nəticəsində yaradılan "ASAN xidmət" mərkəzləri dövlət orqanları tərəfindən əhaliyə göstərilən xidmətlərə yenilik gətirmiş, bu sahədə rahatlığı və şəffaflığı təmin etmişdir.

Müasir texniki avadanlıqla təchiz edilmiş avtobusların regionlara səfərlərinin təşkil edilməsi vətəndaşlara bilavasitə yaşayış yerində operativ və yüksək peşəkarlıqla müxtəlif xidmətlər göstərilməsinə şərait yaratmışdır.

Sərəncama əsasən, görülən işlərin davam etdirilməsi və səyyar xidmətlərin təkmilləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə regionlarda yaşayan əhaliyə səyyar xidmətlərin keyfiyyətli və davamlı şəkildə göstərilməsinin təşkili üçün 8,0 (səkkiz) milyon manat ayrılır.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə həmin məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

 






16 İyul, 2014  18:02 Baxılıb: 640 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner