Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Yeni su anbarı istifadəyə veriləcək

İqtisadiyyat və Sənaye Nazirliyində geniş kollegiya iclası keçirilib. Nazirlikdən Simsar.az-a verilən məlumata görə, iclasda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin verdiyi tapşırıqların icrası müzakirə edilib. Belə ki, dövlət başçısı tərəfindən makroiqtisadi sabitliyin qorunması, iqtisadiyyatın şaxələndirilməsinin və qeyri-neft sektorunun inkişafının davam etdirilməsi, investisiya qoyuluşunun hazırkı tempinin saxlanılması, "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" və "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində bütün əsas infrastruktur və sosial məsələlərin həll edilməsi, keyfiyyətə ciddi diqqət yetirilməsi, kənd yollarının təmir və tikintisi, şəhər və kəndlərin içməli su ilə təminatının yaxşılaşdırılması, qazlaşdırmanın 95-97 faizə çatdırılması, TANAP, “Şahdəniz-2” layihələrinin icrasında yerli şirkətlərin iştirakı, Bakı-Tbilisi-Qars dəmir yolunun Azərbaycana bağlı olan hissəsinin tikintisinin bu ilin sonuna qədər başa çatdırılması, yaxın aylarda Ələt Beynəlxalq Ticarət Limanının birinci mərhələsinin istismara verilməsi və s. barədə tapşırıqlar verilib.

Bildirilib ki, Dövlət başçısının tapşırığına uyğun olaraq, qarşıdakı dövrdə də kənd təsərrüfatının inkişafı prioritet istiqamətlərdən biri olaraq qalacaq.

Nazirlər Kabinetinin iclasında Prezident İlham Əliyev 2014-cü ildə Şəmkirçay su anbarının istifadəyə verilməsi, suvarılan torpaqların uçotunun təkmilləşdirilməsi, iri taxılçılıq və fermer təsərrüfatlarının yaradılmasının davam etdirilməsi, aqrar sahədə qabaqcıl ölkələrin təcrübə və texnologiyasının tətbiqi, yeni əkin sahələrinin dövriyyəyə buraxılması və bu sahədə dəqiqləşdirilmənin aparılması, Avropa bazarlarına böyük həcmdə kənd təsərrüfatı məhsullarının çıxarılması, uzunmüddətli Məşğulluq Konsepsiyasının müzakirəsinə başlanması və s. kimi mühüm vəzifələr müəyyənləşdirilib.

Göllərin, neftlə çirklənmiş ərazilərin təmizlənməsi, torpaqların rekultivasiyası, Böyükşor gölünün təmizlənməsi layihəsinin davam etdirilməsi və 2015-ci ilin yayına qədər I hissənin istifadəyə verilməsi, yaxın aylarda Zığ gölünün təmizlənməsinə başlanılması istiqamətində müvafiq tapşırıqlar verilib.

İclasda qarşıya qoyulan vəzifələrin icrası ilə bağlı Tədbirlər Planının hazırlanması qərara alınıb.

Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 12 mart 2014-cü il Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2014-cü ilin “Sənaye ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nda nəzərdə tutulan tədbirlərin, dövlət başçısının “Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” 16 yanvar 2014-cü il tarixli Sərəncamından və  “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” 16 aprel 2014-cü il tarixli Fərmanından irəli gələn vəzifələrin aidiyyəti üzrə icra vəziyyəti geniş müzakirə olunub. Müvafiq qərarlar qəbul olunub.

Simsar.az






16 İyul, 2014  17:35 Baxılıb: 854 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner