Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Orxan Zeynalovun istintaqı yekunlaşdı

Moskva sakini Yeqor Şerbakovu qətlə yetirməkdə şübhəli bilinərək həbs olunan Azərbaycan vətəndaşı Orxan Zeynalovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Moskva Şəhər Məhkəməsində keçirilən prosesdə hakim O. Zeynalovun cinayət işi üzrə məhkəmə istintaqının yekunlaşdığını elan edib.

Proses iyulun 21-də davam etdiriləcək. Növbəti məhkəmə prosesində dövlət ittihamçıları O. Zeynalova iş istəyəcəklər.

Qeyd edək ki, ötən il oktyabrın 10-da Rusiya paytaxtının Qərbi Birulyovo rayonunda 25 yaşlı Y. Şerbakovun qafqazlı tərəfindən qətlə yetirilməsi yerli sakinlərin etirazına səbəb olub. Qatilin tapılmasını tələb edən yüzlərlə rus milliyyətçisi və “skinhedlər” Qərbi Birulyovo rayonunda yerləşən “Biryuza” ticarət mərkəzi və “Pokrov” meyvə-tərəvəz bazasına hücum edərək orada çalışan Qafqaz və Orta Asyadan olan miqrantları döyüblər. Hadisə yerinə xüsusi təyinatlı polis dəstələri yeridilib. “Skinhedlər” polislərə də müqavimət göstəriblər. Onlar ticarət mərkəzində yerləşən mağazalara, ətrafdakı obyektlərə və avtomobillərə ciddi zərər vurublar. İğtişaş nəticəsində xeyli sayda miqrant və yerli sakin yaralanıb.

Y. Şerbakovun qətlində şübhəli bilinən Azərbaycan vətəndaşı O. Zeynalov oktyabrın 15-də Moskva ətrafındakı Kolomna şəhərində saxlanılıb və vertolyotla Moskvaya aparılıb.

O, ilkin dindirmə zamanı qətli özünümüdafiə məqsədi ilə törətdiyini söyləyib.

İstintaq orqanı tərəfindən O. Zeynalova qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105.2 -ci maddəsi (Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) ilə ittiham irəli sürülüb. O. Zeynalovu 8 ildən 20 ilədək, ya da ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir.






15 İyul, 2014  18:32 Baxılıb: 741 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner