Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Zahid Oruc: “Bir dana Kəlbəcərdən qiymətli olub” - İRONİYA

“Azərbaycan sərhədi kifayət qədər böyükdür. Bu sərhədlərin çoxsaylı canlı qüvvələr vasitəsi ilə qorunmasına baxmayaraq nəzərə almalıyıq ki, hərbi səngərlərdən başqa tikanlı məftillər qurmaq, post patrul xidməti ayırmaq və digər radar qurğuları ilə nəzarəti həyata keçirmək mümkün deyil. Təbii ki, bu indiki reallıqda qeyri mümkündür”.

Bunu Simsar.az Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc Ermənistan tərəfinin əsir götürdüyü vətəndaşlarla bağlı məsələyə münasibət bildirərkən deyib.

Azərbaycan KİV-inə çağırış edən komitə üzvü bildirib ki, media qurumları Dilqəm Əhmədovla bağlı məsələnin təqdimatında çox dəqiq olmalıdırlar: “Məsələ bundadır ki, Azərbaycan vətəndaşlarını ermənilərin təqdim etdiyi kimi böyük bir diversiya məqsədi ilə kütləvi qırğın həyata keçirən, böyük terror planları quran insanlar kimi qələmə vermək olmaz. Azərbaycan media orqanları bu məsələdə həssaslığı nəzərə almalı və dövlətin yanında olmalıdırlar. Çünki ermənilərin məqsədi Azərbaycanı beynəlxalq aləmdə məhz bu cür qələmə verməkdir. Həmçinin Azərbaycan dövlətinin öz vətəndaşlarına nəzarət edə bilməməsi, sərhədlərin qorumaması, hətta hökumətin bu məsələni stimullaşdırdığı və bəlkə də onların fəaliyyətindən yararlandığı haqqında bir rəy yaratmağa cəhd edirlər”.

Deputat həmçinin bildirib ki, Azərbaycan insanı beynəlxalq qurumların və hazırki vasitəçi missiyanın faydasızlığını dərk edib, dözməyib, öz doğma torpağına gedib. Yuxularında gördüyü, xəyallarında qurduğu doğma elinə, obasına, bulağına, çayına və daşına qayıdıb: “Bu adamların əməlləri küfür və qanunsuzluq kimi təqdim oluna bilməz. Əksinə ermənilərə sual olunur -  sən Kəlbəcərdə nə gəzirsən ki, hansısa bir heyvanın kəsilməyinə də böyük bir cinayət kimi yanaşasan. Bir məmləkəti, bir ərazini, o cür səfalı guşələri tutmaq cinayət deyilmi? Bunu heç bir hüquqi qiyməti yoxdurmu? Bir daha Kəlbəcərdən qiymətli olubmu? Ermənilərin işğal etdikləri ərazilərdə nəinki, bir heyvanı kəsməyi,  Azərbaycanın bütün varını, dövlətini viran qoyduğu göz qabağındadır. Belə bir cinayətə hüquqi qiyməti verilmir. Amma bir heyvanın kəsilməsi və ətinin kababa çəkilməsi milli cinayətə çevrilir. Təəssüf olsun ki, bizim ayrı-ayrı mətbuat orqanları məsələyə baxışda erməni təxribatının təsiri altına düşürlər. Ona görə də bu məsələ sərhədlərin necə qorunmasından asılı deyil. Bütün sərhəd xətti boyunca canlı qüvvəni sipər kimi yığmaq olmaz”.

Hüseyn İbadlı







15 İyul, 2014  17:16 Baxılıb: 1090 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner