Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Əməkdar artistin yubileyi keçirildi

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında “Dəli Kür” filmində Mələk obrazı ilə yadda qalan, Azərbaycanın Əməkdar Artisti Zemfira Sadıqovanın 75 illik yubileyi qeyd olundu.

Simsar.az xəbər verir ki, tədbirdə “Azərbaycanfilm” Kinostudiyasının direktoru Müşfiq Hətəmov səbəbkarı təbrik edərək onun həm aktrisa, həm də Azərbaycan qadını kimi nəcib keyfiyyətlərindən danışıb.

Səmimi söhbət şəraitində keçən tədbirdə Əməkdar Artist Ənvər Həsənov, Əməkdar Mədəniyyət İşçisi Pərviz Quliyev və Əməkdar Rəssam Rafiq Nəsirov Azərbaycan filmlərində bir sıra maraqlı rollar yaratmış sənətkarın ömür yolu və yaradıcılıq axtarışlarından söz açaraq, onunla bağlı maraqlı və xoş hadisələrdən söhbət açıblar.

Sonra çıxış edən Zemfira Sadıqova tədbirin təşkilinə görə minnətdarlığını bildirdi.

Qeyd edək ki, Zemfira Sadıqova 1974-cü ildən “Azərbaycanfilm” Kinostudiyasında çalışıb. 1960-cı illərdən isə filmlərdə çəkilməyə başlayıb. “Dəli Kür”, “Tütək səsi”, “İnsan məskən salır”, “Bağ mövsümü”, “Şir evdən getdi”, “Alma almaya bənzər” kimi 30-dan çox filmdə maraqlı rollar yaradıb.

Günel







15 İyul, 2014  16:26 Baxılıb: 879 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner