Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Aqşin Yenisey: "Bəlkə, xəstəxanada evləndim"

“Yaxın günlərdə həkimlər mənimlə bağlı son qərarını deyəcəklər”.

Bunu AzNews.az-a açıqlamasında hazırda Gömrük Hospitalında müalicə olunan şair Aqşin Yenisey deyib. Onun sözlərinə görə, hələ dəqiq bir söz demək çətindir: “Hər şey sonuncu müayinənin nəticəsindən asılıdır. Əvvəlki kimi intensiv müalicə getsin, müayinə aparılsın kimi şeylər artıq geridə qalıb. Qaraciyər öz funksiyasını sürətlə bərpa edir. Sonuncu mərhələdəyəm. Özümü yaxşı hiss edirəm. Qan analizi verməliyəm. Onun nəticəsi hər şeydən xəbər verəcək. Ola bilər sabah da xəstəxanadan çıxam, yaxud da daha 5 dün də burada əlavə qalam”.

A.Yenisey əlavə edib ki, onu müalicə aldığı xəstəxananın həkim heyəti evə buraxmaq istəmir: “Məni buraxmaq istəmirlər. Deyirlər səni burda evləndirəcəyik. Bəlkə, xəstəxanada evləndim. Amma buradan çıxmaq istəyirəm. İşləmək istəyirəm. İş şəraitinə qayıtmağım həkimlərin rəyindən asılıdır. Çox güman ki, hələ bir necə ay gərgin iş mühitinə icazə verməyəcəklər. Amma evdən də olsa, yazılarımı yazacam”.

Qeyd edək ki, Aqşin Yenisey qaraciyər serrozundan əziyyət çəkir.







15 İyul, 2014  16:21 Baxılıb: 784 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner