Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Girov götürülən kəlbəcərlinin ailə üzvləri danışdı

Ermənistan Silahlı Qüvvələri tərəfindən doğma yurdu olan Kəlbəcərdə girov götürülən Dilqəm Əhmədovun ailə üzvləri AZXEBER.COM-a danışıb.

Əldə etdiyimiz məlumata görə, Dilqəm Əhmədovun ailə üzvləri Şəmkirdə yaşayır. Onun Bakıda yaşayan yaxın qohumları ilə əlaqə saxladıq.

Kəlbəcər rayonunun tanınmış ziyalılarından olan, Dilqəm Əhmədovun qohumu Çingiz Mirzəlioğlu müxbirimizlə söhbətində Dilqəmin vətənpərvər bir şəxs olduğunu dedi:

“Dilqəm vətənpərvər, yurdunu sevən bir kəlbəcərlidi. Ailəsi, qohumları, hamımız ona bu təhlükənin gözlədiyini deyirdik. Ancaq yurduna, elinə olan sevgi onu öz doğma torpağına aparırdı. Axırıncı dəfə Şahbaz da Dilqəmlə birlikdə gedib. Birinci Şahbazı tutublar, sonra Dilqəm ələ keçib”.

Ç.Mirzəlioğlunun sözlərinə görə, əsir düşən Dilqəm Əhmədov Rusiyada işləsə də, qohumların xeyir-şərində tez-tez iştirak edirmiş:

“Dilqəm tez-tez xeyir-şər olanda Azərbaycana gəlirdi. Çox qohumcanlı insan idi, heç bir mərasimdən qalmazdı”.

Əsir düşən Dilqəm Əhmədovun bacanağı Qurban adlı şəxs də AZXEBER.COM-un müxbiri ilə söhbətində artıq Qırmızı Xaç Cəmiyyətinə müraciət etdiklərini bildirib:

“Bu gün Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinə də müraciət etdik. Sabah isə, ailə üzvlərinin müraciətini verəcəyik. İnşAllah Dilqəm sağ-salamat ev-eşiyinə qayıdar”.

Onun sözlərinə görə D.Əhmədovun ailəsi hazırda narahatçılıq içindədir:

“Ailəsi Şəmkirdə yaşayır. 2 qızı, 2 oğlan övladı var. Qızlarını köçürmüşdü. 2 nəvəsi də var. Dilqəm həm də Rusiya vətəndaşıdır. Orada meşədə işləyirdi. Çörəkpuluna görə arada gedib-gəlirdi. Kəlbəcər işğal altında olandan hər zaman öz doğulduğu torpağın həsrətini çəkib. Onu böyüdən nənəsinin qəbrini ziyarət etmək üçün də Kəlbəcərə getmişdi. Dövlətimizə, Cənab Prezidentimizə arxayınıq. İnanırıq ki, o tez bir zamanda öz vətəninə qaytarılacaq”.

Xatırladaq ki, erməni mətbuatı ötən gün 2 azərbaycanlının Dilqəm Əhmədovun və Şahbaz Quliyevin girov götürüldüyü barədə məlumatlar yayımlayıb. Artıq məsələ ilə bağlı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası açıqlama yayıb. Açıqlamada əsirlərin işləri ilə bağlı məsələnin diqqət mərkəzində olduğu qeyd edilib.






15 İyul, 2014  16:16 Baxılıb: 806 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner