Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Yeni kosmodrom tikilir

Böyük Britaniya hökuməti ölkədə peyklərin və kosmik turist gəmilərinin buraxılması üçün kosmodromun inşası ilə bağlı qərar qəbul edib.

Simsar.az-ın məlumatına görə, bu barədə maliyyə nazirinin birinci müavini Denni Aleksandr deyib. Böyük Britaniya hökumətinin nümayəndələri ümid edirlər ki, 2018-ci ildə tikiləcək gələcək milli kosmodrom kosmik sənayenin inkişafına xidmət edəcək.

Ölkə hökuməti bazanın yerləşəcəyi səkkiz yerin siyahısını tərtib edib. Söhbət hazırda istifadə olunmayan və ya qismən istifadə edilən hərbi aerodromlardan gedir. Siyahı Farnboro şəhərində keçiriləcək beynəlxalq kosmik sərgidə açıqlanacaq. Maliyyə nazirinin birinci müavini qeyd edib ki, kosmodromun inşa olunacağı potensial yerlərdən bir neçəsi Şotlandiya ərazisində yerləşir.

Nazir müavini bununla ona işarə edib ki, kosmik obyekt Şotlandiya sakinlərinin sentyabrda keçiriləcək referendumda ölkənin müstəqilliyinə səs verəcəyi təqdirdə orada inşa edilməyəcək.

Vüsal Qarayev







15 İyul, 2014  16:01 Baxılıb: 626 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner