Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Kəndliləri aldadanlara qarşı cinayət işi

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən dövlət büdcəsindən ayrılan vəsaitlərdən sui-istifadə halları araşdırılır. Belə ki, daha bir bölgədə, dəqiq desək Şabran rayonunda dövlət büdcəsi mənimsənilib.

Baş Prokurorluqdan Simsar.az-a verilən məlumata görə, araşdırmalar zamanı Şabran rayonunun Zeyvə, Çölquşçu, Pirəbədil və Çuxurzəmi kəndlərinin inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin və yerli bələdiyyələrinin qanunsuz fəaliyyəti üzə çıxıb. Belə ki, sakinlərin guya buğda əkmələri barədə sənədlərə yalan məlumatlar daxil edərək  buğda istehsalının stimullaşdırılması məqsədi ilə dövlət büdcəsindən ayrılmış 11 min 670 manat pul vəsaitinin mənimsəyiblər.

Faktla bağlı Cinayə Məcəlləsinin  179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

İstintaq davam edir.

Ülviyyə

 






15 İyul, 2014  14:47 Baxılıb: 612 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner