Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Bakı-Böyük Kəsik dəmir yolu xəttində YENİLİK

Birxətli dəmir yolu ikixətli dəmir yolu ilə əvəz olunacaq

Salahlı-Poylu mənzilinin 73-cü kilometrindəki Kür çayı üzərindən keçən ikinci dəmir yolu körpüsünə ilkin baxış keçirilib.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Xidmətinin rəisi Nadir Əzməmmədov Simsar.az-a bildirib ki,  tədbirdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Qurban Nəzirov və müvafiq qurumların rəhbərləri iştirak ediblər.

Xatırladırıq ki, Salahlı-Poylu mənzilinin 73-cü kilometrində (Kür çayı üzərindən keçən) ikinci dəmir yolu körpüsünün üzərindən keçməklə 1900 metr yeni dəmir yolunun qoyuluşu həyata keçirilib. Yol qoyuluşu Poylu stansiyasının girişindən başlayaraq, yeni tikilən körpünün üzərindən keçməklə, Salahlı-Poylu mənzilinin 73-cü kilometrinə qədər davam edib.

Əsaslı təmir işlərini “Azərbaycan Dəmir Yolları” QSC “Dəmiryolservis” MMC-nin müəssisələri və İnfrastruktur Departamentinin müvafiq qurumları həyata keçirir.

Qeyd edək ki, Bakı-Böyük Kəsik sahəsində artmaqda davam edən dəmir yolu ilə yük daşımalarının həcmini tam yerinə yetirmək, yüklərin mənzil başına vaxtında və itkisiz çatdırılmasını təmin etmək üçün Salahlı - Poylu mənzilinin 73-cü km-də Kür çayı üzərindən keçən ikinci dəmir yolu körpüsünün tikintisi tələb olunurdu.

Körpünün tikintisinə 2008-ci ildə başlanıb və 2014-cü ildə başa çatdırılıb. Körpünün tam uzunluğu 208, 44 metrdir.

Həmin körpünün faydası ondan ibarətdir ki, bu sahədə birxətli dəmir yolu ikixətli dəmir yolu ilə əvəz olunacaq və qatarların hərəkətinin təhlükəsizliyi təmin olunacaq. İkinci körpünün tikintisi yolun səmərəliliyi və rəqabətə davamlılığının artırılması istiqamətində əhəmiyyətli addım olacaq.

Hüseyn İbadlı

Tel: 499-44-07

nadir_azmammedov@mail.ru

 






15 İyul, 2014  13:58 Baxılıb: 869 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner