Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

6 ayda 2641.5 milyon manat xərcləndi

“Ölkədə inşaat işlərinin aparılması üçün bütün maliyyə mənbələrindən əsas kapitala 7625.9 milyon manatlıq, yaxud 2013-cü ilin müvafiq dövründəkindən 3.4 faiz çox vəsait yönəldilib”. Bu barədə Simsar.az-a  Dövlət Statistika Komitəsindən məlumat verilib.

Əsas kapitala cəlb olunan vəsaitin 5296.4 milyon manatından tikinti-quraşdırma işlərində istifadə olunub bu da 10.7 faiz artım deməkdir. Əsaslı vəsaitin 67.9 faizi və ya 5179.3 milyon manatı məhsul istehsalı obyektlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilən vəsaitin 5.4 milyard manatını və ya 70.7 faizini daxili investisyalar təşkil edib. Ötən ilki səviyyədən 2.3 faiz az, xarici investisiya 20.5 faiz yüksək olub.

Tikinti kompleksinə yönəldilmiş vəsait hesabına çoxsaylı obyektlərdə inşaat işlərinin aparılması ilə yanaşı bir sıra istehsal və qeyri-istehsal obyektləri istifadəyə verilib. Altı ay ərzində 824.6 min kv.metr sahəsi olan yaşayış evləri, 2640 şagird yerlik ümumtəhsil məktəbləri, 672 yerlik məktəbəqədər təhsil müəssisələri, 200 çarpayılıq xəstəxana, Bakı şəhərində Milli Konservatoriyanın yeni inzibati-tədris kompleksi, Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Kitabxanasının və “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin yeni binaları, Respublika İdman, Tibb, Diaqnostika və Reabilitasiya İnstitutunun binası, Sağlamlıq Mərkəzi, Milli Gimnastika Kompleksi, Naxçıvan Muxtar Respublikasında “Arpaçay-2” Su Elektrik Stansiyası, Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksi, Gənclər Mərkəzi, Sumqayıt şəhərində Azərbaycan kağız və karton istehsalat kombinatı, Yağ fabriki, Mis emalı zavodu, Gəncə şəhərində Metaltökmə və fasiləsiz yayma, Təzyiqlə emal və boyama zavodları,Ağdaş rayonunda Yem və Meyvə emalı zavodları, “Ağdaş” Elektrik yarımstansiyası, Göygöl rayonunda Olimpiya İdman Kompleksi, Gənclər Mərkəzi, Qəbələ rayonunda “Tufan” Dağ-Xizək Yay-Qış İstirahət Kompleksinin birinci mərhələsi, Şamaxı rayonunda “Şamaxı Palace Platinum By Rixos” oteli və s. obyektlər istifadəyə verilib.

Cari ildə inşaat işlərinin aparılması üçün dövlət büdcəsindən ayrılması nəzərdə tutulan 5374.8 milyon manat vəsaitin 2641.5 milyon manatından istifadə olunub.

Aysel Kərimova







15 İyul, 2014  12:30 Baxılıb: 560 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner