Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Angela Merkel 65 illik ənənəni pozacaq

Almaniya kansleri Angela Merkel vəzifəsindən istefa vermək niyyətindədir. Simsar.az xarici KİV-ə istinadən məlumat verir ki, o istefa verdiyi təqdirdə 1949-cu ildən bu yana Almaniyada könüllü istefa verən ilk kansler olacaq. Bir neçə gün öncə 60 yaşını qeyd edən Merkel Şpiqel jurnalına verdiyi müsahibədə seçkilərdə məğlub olmadan, yeri şirinkən vəzifəni tərk etmək istədiyini dilə gətirib. O, 2016-cı ili hakimiyyətinin son ili elan etmək fikrindədir. 2005-ci ildən bəri 3 dəfə Baş nazir postunun sahibi 2017-ci ildəki seçimlər üçün də favorit namizədlərdəndir.

Kansler kim olacaq?

Sentimental müsahibədən sonra düşündürücü məqam onun postunu kimin tutmasıdır. Qəfil istefa reallaşsa Merkeli müdafiə naziri Ursula fon der Leyenin əvəz edəcəyi güman edilir. Çünki Merkel fon der Leyenə nazir postunu verməklə güvənini qabaqcadan nümayiş etdirib.

Bəs Merkel nə işlə məşğul olacaq?

Merkel vəzifəsindən sakitcə getməyə hazırlaşır. Ancaq daha bir sual istefadan sonra təqaüdə çıxıb çıxmamağı və ya  BMT Baş Katibi ola bilmə ehtimalı ilə bağlıdır. Merkel daha bir vəzifə barədə fikirləşmədiyini açıq şəkildə bəyan edib. O doğum günündə özünə, “sağlamlıq və mənə zövq verən hər şeyi edə bilmək” arzulayıb.

Ülviyyə Cövdətqızı

 






15 İyul, 2014  12:17 Baxılıb: 686 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner