Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Bursa və İzmir Dünya Mirası siyahısında

Qatarın paytaxtı Dohada, Qatar Milli Konqres Mərkəzində keçirilən 38. Dünya Miras Komitəsi Yığıncağında, Türkiyədən, “Osmanlı İmperatorluğunun doğuş sahəsi” olan  Cumalıkızık ilə “Çox qatlı mədəni Peyzaj yeri”  olaraq da İzmir Bergama bölgələri Dünya Miras siyahısına daxil olunub.

YUNESKO-nun 1972-ci ildə qəbul etdiyi və 191 ölkənin tərəf olduğu "Təbii və Mədəni İrsin Qorunması Müqaviləsi" sində Türkiyədən Dünya Mirası Siyahısına bu günə qədər İstanbulun tarixi sahələri, Divriği Ulu Məscid və Daruşşəfası, Hattuşa, Nemrut Dağı, Xanthos-Letoon, Truva Arxeoloji Yuzerlər üçün, Göreme Milli Parkı və Kapadokya, Pamukkale Hierapolis, Safranbolu şəhəri, Edirne Səlimiyə Cami və Külliyesi, və Çatalhöyük Neolit daxil edilib.

Simsar.az xəbər verir ki, Türkiyədən 11 bölgənin iştirak etdiyi siyahıya bu tarixi qərarla Bursa və Bergama da əlavə olunub. Beləliklə, qardaş ölkənin Dünya Miras siyahısındakı mədəni və qarışıq miras bölgəsinin sayı 13-ə yüksəlib.

Osmanlı Dövlətinin ilk paytaxtı olan və imperatorluğun quruluş dövrünə aid bir çox tarixi əsəri saxlayan Bursa, sənayesi və təbii gözəllikləri ilə də önə çıxmaqdadır.  "Bursa və Cumalıkızık: Osmanlı İmperatorluğunun Doğuşu" Dünya Miras Alanı üçün, Orhangazi Külliyyəsi və ətrafını içinə alan Hanlar Bölgəsi, Hüdavendigar (I. Murad) Külliyyəsi, Yıldırım (I. Bəyazid) Külliyyəsi, Yaşıl (I. Məmməd) Külliye, Muradiye (II. Murad) Külliyyəsi və Cumalıkızık Köyü olmaq üzrə altı komponentdən ibarətdir.

Adı gedən siyahıya alınan digər mədəni varlığı  isə İzmir Bergamadır.  Mədəni irsi və zənginlikləri ilə İzmirin tarixə açılan qapısı olan Bergama, Antik Dövrdə Pergamon adı ilə xatırlanır və Helenistik dövrün ən əhəmiyyətli mədəniyyət və sənət mərkəzlərindən biri sayılmaqdadır. Helenistik dövrün ən böyük kitabxanalarından birinin qurulduğu Bergama, mədəni peyzaj kateqoriyasında siyahıya alınıb

Onu bildirək ki, tarixi və mədəni zənginlikləri baxımından əvəzsiz imkanlara sahib Türkiyədə 2 qarışıq (mədəni / təbii) 1 təbii və 49 mədəni olmaq üzrə  52 ədəd varlıq da UNESCO Dünya Miras Müvəqqəti Siyahısında iştirak etməkdədir.

Ülviyyə







15 İyul, 2014  11:17 Baxılıb: 614 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner