Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Sərdar Cəlaloğlu Şeyxi debata çağırdı

Azərbaycan Demokrat Partriyasının sədri Sərdar Cəlaloğlu “Qurani Kərim”in təfsirini yazır. Dini ekspertlər isə bildirir ki, təfsir yazmaq üçün “Quran”ı orjinaldan oxumaq, ərəb dilini mükəmməl bilmək və dini bilgilərə sahib olmaq lazımdır. Bəs görəsən Sərdar Cəlaloğlu din xadimlərinin fikirlərinə necə reaksiya verəcək.

“Əslinə qalsa bütün təfsir kitablarını yandırmaq lazımdır”.

ADP sədri bildirir ki, yazdığı təfsir “Quran”ın ərəb dilində yazılışı ilə bağlı deyil: “ Mən “Quran”da Allahın bizə göndərdiyi hikmətlə bağlı yazıram. O adamlar “Quran”ı bilməyən adamlardır. Allahın iki “Quran”ı var biri budur, (“Quran” kitabını göstərir) biri də bu kainatdır. Təfsir kitabları var ki, mən onları etika xatirinə oxuyuram. Əslinə qalsa bütün təfsir kitablarını yandırmaq lazımdır. Çünki “Quran”da üç böyük insan əlinin müdaxiləsi var. “Quran” xristian və yəhudilərə irad tutur ki, siz İncilə və Tövrata müdaxilə etmisiniz. Bəs bizim “Quran” təhrif olunub ya yox? Mən bütün İslam alimlərinə sual verirəm. Surələrin adlarını özləri qoyublar. İkinci surəni açıram, surənin adı “Öküz”dü. Sizcə Allah özünün müqəddəs surəsinə “Öküz” adı verərmi?

“Şeyxin özünü debata çağırıram”.

S.Cəlaloğlu deyir ki, “Quran”ın çoxlu sirləri var və heç bir İslam alimi onu kəşf edə bilməyib: “İslam alimləri deyir ki, cümlələrin yerini dəyişəndə heç bir fərq olmur. Belə olan halda İslamda 100-ə yaxın təriqətin yaranma səbəbini izah eləsinlər. Bu “Quran” (əlində “Quran” kitabını göstərir) bizi düz yola çəkməlidir, bir yerə toplamalıdır. Bəs nə üçün bizi parçalayır? Bu sualın cavabını hansısa din alimi verə bilərmi? Mən gizlənmirəm, qaçmıram. Meydana gəlirəm, bunlar qaçırlar. Açıq şəkildə İslam alimlərini, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin özünü debata çağırıram”.

Hüseyn İbadlı

 

 

 






15 İyul, 2014  11:07 Baxılıb: 931 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner