Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Metroda faciə: 12 ölü, 149 yaralı- YENİLƏNİB - FOTOLAR

Rusiya fövqəladə hallar naziri Vladimir Puçkov Metropolitendə baş verən qəza nəticəsində 12 nəfərin öldüyünü təsdiqləyib. Simsar.az Rusiya mətbuatına istinadən məlumat verir ki, zərərçəkən 149 nəfərdən 106-sına ilkin tibbi yardım göstərilib.

İlkin ehtimallara görə qəza sürətlə hərəkət edən qatarın birdən dayanaraq relslər üzərində idarəçiliyini itirməsi səbəbi ilə baş verib. 3 vaqonun sərnişinləri “Slavyanski bulvar” stansiyasından 200 metr məsafədə relslərə hərəkət etməyə məcbur olublar. Faktla bağlı araşdırmalar davam edir.

Metrodakı vəziyyətlə bağlı Prezident Vladimir Putinə də məlumat verilib.

14:25

***

Moskvanın “Slavyanskıy bulvar” metrostansiyasında qəza zamanı ölənlərin sayı 10-a çatıb. Qəzada yaralıların sayı isə 120 nəfərdir.

*** 12.54

Moskvanın “Slavyanskıy bulvar” metrostansiyasında qəza zamanı ölənlərin sayı 4-ə çatıb. Qəzada yaralıların sayı isə 95 olub.

Yaralıların içərisində vəziyyətləri son dərəcə ağır olanlar var. Onların 55-i xəstəxanalara təcili yardımın köməkliyi ilə aparıb.

Daha 40 nəfərə isə Moskva Metropoliteninin əməkdaşları yardım ediblər və onları xəstəxanalara aparıblar.

*** 13:00

Bu gün səhər saatlarında Rusiyanın paytaxtı Moskva şəhərində dəhşətli metro faciəsi baş verib. Simsar.az Rusiya mətbuatına istinadən xəbər verir ki, qatar metronun “Park Pobedı” stansiyasından “Slavyanskıy bulvar”stansiyasına gedərkən qəzaya uğrayıb. Baş verən qəzada 50 nəfərdən çox insan xəsarət alıb. Məlumat daxil olan kimi hadisə yerinə çoxlu sayda təcili yardım, xilasedicilər və hüquq-mühafizə orqanları cəlb olunub.

Qeyd edək ki, qəzaya uğrayan qarat “Kiyevski” - “Molodyojnaya” stansiyası istiqamətində hərəkət edirmiş. Məlumat daxil olan kimi polis “Slavyan bulvarı” stansiyası ətrafını mühasirəyə alıb. Qəzadan sonra həmin istiqamətlərdə metronun faəliyyəti müvəqqəti olaraq dayandırılıb. Bu səbəbdən də, “Kiyevski” - “Molodyojnaya“ stansiyası istiqamətində 66 avtobus xidmət göstərir.

Hadisə nəticəsində yaralananların bəzilərinin vəziyyəti olduqca ağırdı. Onların həyatda qalmalarına ümid olduqca azdır.

Faktla bağlı araşdırmalara başlanılıb.






















15 İyul, 2014  14:17 Baxılıb: 1008 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner