Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Sarkisyan nədən narahatdır?

Latın Amerikasına səfəri çərcivəsində Ermənistan prezidenti gözlənilməz bəyanat verib. "Rusiyanın Azərbaycana hərbi sursat satması Ermənistan üçün çox ağrılı mövzudur. Bizim xalqımız strateji tərəfdaşımızın Azərbaycana silah satmasından çox narahatdır".

Uzun illər ərzində Azərbaycan da Ermənistan kimi Rusiyadan lazımi silah və texnika alır. Bir fərqlə-Bakı silahı kommersiya dəyərində alır, İrəvana isə onlar ya pulsuz, ya da böyük endirimlə əldə edir.

Bundan başqa hamıya bəllidir ki, Gümrü şəhərində Rusiya hərbçilərinin böyük bazası yerləşir ki, burada da Ermənistan hərbçilərinin hazırlığı keçirilir. Bu ölkənin İran və Türkiyə ilə sərhədlərini də rusiyalı sərhədçilər qoruyur. Bu isə İrəvana öz silahlı qüvvələrini Qarabağ istiqamətində yönəltməyə imkan verir.

Nə baş verdi, nə üçün məhz indi Serj Sarkisyan Rusiya silahlarını xatırladı?

Ekspertlərin fikrincə, bu iki ölkə sərhədindəki münaqişənin artması ilə bağlıdır. Ermənilərin istənilən təxribatlarına Azərbaycan Ordusu layiqli cavab verir. Nəticədə erməni ordusu sırasında olan itkilər çoxalır. 2014-cü ilin birinci yarısında erməni ordusunda ölənlərin sayı rekord səviyyəyə çatıb.

İrəvan ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin Dağlıq Qarabağ ətrafında işğal edilən rayonların dərhal boşaldılmalı olması haqqında təklifindən çox narahatdır.

Bu gün Avrasiya İqtisadi Birliyi yaranması ərəfəsində artıq hər şey strateji partnyor olan Rusiyadan asılı deyil. Buna misal olaraq Qazaxıstan Ermənistanın yeni sturuktura qəbul edilməsinin əleyhinədir.

Bu gün Ermənistanda vəziyyət pisdir. İqtisadiyyat dağılıb, qiymətlər sürətlə artır, hətta Ermənistanın yeni birliyə daxil olması prosessi ləngiyir.

Bir sıra siyasi partiyaların liderləri açıq-aşkar Serj Sakrisyanın istefaya getməsi haqqında açıq aşkar danışırlar. Bu nə qədər tez olsa həm ölkə, həm də onun özü üçün yaxşıdır.

Bu da Ermənistan rəhbərinin bu cür bəyanatla çıxış etməsinə səbəb olub. Bu çətin ki, onun rusiyalı dostlarının xoşuna gəlsin. Rəsmi İrəvan dirəndiyi dalandan çıxış yolu axtarır və bütün bəlalarda yaxın tərəfdaşını ittiham edir.

Bütün bunlar isə Ermənistanın ikinci erməni dövləti yaratmaq istədiyi vaxtda başlayıb. Bundan nə çıxacağına isə özünüz qərar verin!






15 İyul, 2014  10:27 Baxılıb: 679 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner