Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Obama: “Fələstinlilərin ölməsi faciədir”

Obama Ağ Evdə ABŞ sarayındakı Müsəlman cəmiyyətlərinin təmsilçiləri, fərqli inanclara mənsub liderlər və Müsəlman ölkələrinin diplomatlarının qatıldığı ənənəvi iftar verib. Simsar.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ prezidenti Barak Obama Misir hökümətinin İsrail və Hamas arasındakı atəşkəs cəhdini dəyərləndirərək, bu addımın bölgədəki sakitliyi yenidən bərpa edə biləcəyinə ümid etdiklərini söyləyib.

Çıxışında İsrail-Fələstin gərginliyinə toxunan Obama “Qəzzada və İsraildə gördüyümüz tablo ürəkləri  parçalayır” deyib.

Obama məqsədlərinin həm İsrail, həm də fələstinlilər üçün sülh və təhlükəsizliyin təmin  etmək olduğunu vurğulayıb. Heç bir ölkənin, vətəndaşlarına ayrı-seçkilik güdmədən bombalar yağdırılmasını qəbul etməyəcəyini bildirən Obama: “Xüsusilə İsrailin, Hamasın bağışlanmaz hücumları qarşısında özünü müdafiə haqqı olduğu nöqtədəyik. Eyni zamanda Qəzzadakı insani böhranın aradan qaldırılmasına çalışdığımız bir zamanda, üstəlik bir də fələstinli vətəndaşların ölməsi və yaralanaması bir faciədir. Buna görə də kim olduqları və harda yaşadıqlarına baxmadan vətəndaşların qorunması lazımdır” deyib.

Obama onu da bildirib ki: “Qəzzadakı mövcud vəziyyət bizə bir daha xatırlatdı ki, həqiqi təhlükəsiziliyə gedən yeganə yol israillilərlə fələstinlilər arasında, anlaşılmazlıqların sülh yolu və bütün xalqların duyğularına hörmət göstərəcək şəkildə həll olduğu ədalətli və qalıcı bir barışdan keçir”.

Bu arada ABŞ-dakı böyük Ərəb-Amerika vətəndaş haqları qurumu olan İrqçiliyə Qarşı Ərəb Amerika Komitəsi iftar yeməyindən əvvəl ABŞ-ın İsrailə dəstək göstərməsini səbəb gətirərək hökmüətin ev sahibliyi etdiyi bütün iftarları baykot edib.

Günel







15 İyul, 2014  10:19 Baxılıb: 659 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner