Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

İsrail-Fələstin savaşı: vəziyyət gərginləşir

Gedəcək yer yoxdur

Artıq İsrail 1 həftədir ki, Qəzzanı vurur. Bir həftə ərzində ölənlərin sayı 184-ü keçib. Dünyanın atəşkəs çağırışlarına baxmayaraq, israil hava hücumlarına davam edir. Qəzzada minlərlə insan raket zərbələrindən qaçmaq üçün yollara tökülüb. Bəziləri BMT sığınacaqlarına yerləşərkən, bəziləri isə qaçacaq yerlərinin olmadığını, küçələrdə ölməkdən qorxduqlarını deyirlər.

Qısa tarixçə

İordan Çayının Qərb Sahilində 12 iyunda itən 3 yəhudi gəncin 18 gün sonra meyidi tapıldı. Sonra fələstinli gənc Məhəmməd Əbu Xudayr 2 iyulda yəhudilər tərəfndən qaçırılıb, yandırılaraq öldürüldü. İsrail bu hadisələrdən sonra, 7 iyulda Qəzza zolağında “Qoruyucu xətt” adlı əməliyyata başladı. Artıq əməliyyatın başlamasından 1 həftə keçir, Ölən fələstinlilərin sayı 184-ə çatdı.

17 min fələstinli – vəziyyət gərginləşir

Həmasın dünən atdığı raketlərdən biri hərbi hissələrdən birinə düşüb. Həmçinin Həmas “pilotsuz təyyarə” istehsal etdiyini bildirib. İsrail müdafiə naziri Moşe Yaalon isə “Həmas İsraillə müharibəyə girdiyinə peşman olacaq” deyib. Atışmalar və hədə-qorxular davam edərkən, Qəzzanın Beyt Lahiya bölgəsində minlərlə fələstinli evlərini tərk edir. “Mülkilərə zərər vermək istəmirik” açıqlaması verən İsrail ordusu, dünən Beyt Lahiyada havadan, mülki vətəndaşara bölgəni tərk etməsi ilə bağlı bildirişlər atıb. Qəzzada Birləşmiş Millətlər Təşkilatı Fələstinli Qaçqınlara Yardım Quruluşunun açıqlamasına görə, İsrailin xəbərdarlığından sonra 17 min fələstinli evlərini tərk edib. 27 yaşlı qaçqın Rehab deyir ki, “Burda daha təhlükəsiz olduğumuzu hiss edirik. Amma vəziyyət çətindir. Yemək və su çox azdır. Quru yerdə yatırıq”.

Qanlı hesabat

Əməliyyatın birinci həftəsindən sonra:

- Ən az 36-ı uşaq olmaqla, 184 fələstinli ölüb, 1260-ı yaralanıb

- BMT-yə görə Qəzzada ölənlərin yüzdə 77-i mülki vətəndaşdır

- Raket hücumlarında İsraildən ölən yoxdur, 208 nəfər isə yaralanıb.

- İsrailin Qəzza Zolağında vurduğu hədəf sayı 1470-dir

- Qəzzadan İsrailə atılan raket sayı 980-dir.

- İsrailin qurduğu Dəmir Qalxan sisteminin dəf etdiyi raket sayı 200-dür.

- İsrail ordusunun hava hücumlarında 500 ev tamamən dağıdılıb, 12 min 800 ev isə qismən zərər görüb.

Vüsal Qarayev







15 İyul, 2014  09:18 Baxılıb: 826 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner