Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

SABAH qruplarına keçirilən müsabiqənin II mərhələsi bitib

SABAH qruplarına qəbul olmaq üçün keçirilən müsabiqənin II mərhələsi yekunlaşıb.

Simsar.az Təhsil Nazirliyinin saytına istinadən bildirir ki, müsabiqənin bu mərhələsi 06.07.2014-cü il tarixində Bakı şəhəri və Naxçıvan Muxtar Respublikasında keçirilib. İmtahanlarda ümumilikdə 1154 nəfər namizəd iştirak edib. Bu mərhələdə namizədlərin məntiqi düşüncə və xarici dil üzrə bilikləri qiymətləndirilib.

II mərhələnin yekunlarına əsasən yetərli bal toplamış və say tərkibi qrupun yaranmasına imkan verən aşağıdakı ixtisaslar üzrə namizədlər müsabiqənin sonuncu-müsahibə mərhələsinə buraxılırlar:

 

1. 050103- Xarici dil müəllimliyi

2. 050104- Fizika müəllimliyi*

3. 050105- Riyaziyyat və informatika müəllimliyi

4. 050106- Riyaziyyat müəllimliyi*

5. 050111- Kimya müəllimliyi

6. 050212- Hüquqşünaslıq

7. 050213- Beynəlxalq münasibətlər

8. 050401- Dünya iqtisadiyyatı

9. 050402- Mühasibat uçotu və audit

10. 050403- Maliyyə

11. 050404- İqtisadiyyat

12. 050407- Menecment**

13. 050409- Biznesin idarə edilməsi**

14. 050504- Kimya

15. 050509- Kompüter elmləri

16. 050606- Neft-qaz mühəndisliyi

17. 050607- Neft-qaz qurğuları mühəndisliyi

18. 050608- Elektroenergetika mühəndisliyi

19. 050631- Kompüter mühəndisliyi

20.050632- İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi

21. 050633- Memarlıq

22.050634- İnşaat mühəndisliyi

23.050636- Nəqliyyat tikintisi mühəndisliyi

24. 050641- Kimya mühəndisliyi

 

"Təhsil" və "Texniki və texnoloji" ixtisas qrupları üzrə keçid balı 20, "Humanitar və sosial", "İqtisadiyyat və idarəetmə" və "Təbiət" ixtisas qrupları üzrə isə keçid balı 25 müəyyən edilib.

"Təbiət" ixtisas qrupuna daxil olan riyaziyyat və fizika ixtisasları üzrə təhsil alan və müsabiqə şərtlərini ödəyən tələbələr müsahibədə iştirak etməklə ödənişli əsaslarla müvafiq olaraq riyaziyyat müəllimliyi və fizika müəllimliyi ixtisasları üzrə SABAH qruplarında təhsil ala bilərlər.

"İqtisadiyyat və idarəetmə" ixtisas qrupuna daxil olan marketinq və kommersiya ixtisasları üzrə təhsil alan və müsabiqə şərtlərini ödəyən tələbələr müsahibədə iştirak etməklə ödənişli əsaslarla menecment və biznesin idarəedilməsi ixtisasları üzrə SABAH qruplarında təhsil ala bilərlər.

Müsahibənin yeri və tarixi barədə əlavə məlumat veriləcək.

 






14 İyul, 2014  18:01 Baxılıb: 754 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner