Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

İlham Əliyev İtaliya prezidenti ilə görüşdü

Romada Azərbaycan prezidenti İlham Əliyevin və İtaliya prezidenti Corco Napolitanonun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

Simsar.az-ın məlumatına görə, İtaliya prezidentinin sarayının həyətində prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan nümayəndə heyətinin üzvləri Corco Napolitanoya, İtaliyanın rəsmi şəxsləri isə prezident İlham Əliyevə təqdim edilib. Prezidentlər rəsmi foto çəkdiriblər.

Sonra dövlət başçılarının geniş tərkibdə görüşü olub. Görüşdə Azərbaycanla İtaliya arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığın uğurlu inkişafından məmnunluq ifadə edilib. Ölkələrimiz arasında əlaqələrin Avropa Birliyi-Azərbaycan əməkdaşlığı baxımından önəmi vurğulanıb, habelə Azərbaycanın Avropa Şurasında, İtaliyanın Avropa Birliyində sədrliyi dövründə səylərin əlaqələndirilməsinin vacibliyi qeyd edilib.

Söhbət zamanı energetika sahəsində əməkdaşlığın uğurlu inkişafı vurğulanıb, ölkələrimizin beynəlxalq təşkilatlarda bir-birinə qarşılıqlı dəstək verdiyi bildirilib.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan-İtaliya ikitərəfli münasibətlərinin müxtəlif aspektləri və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

Görüşdən sonra C. Napolitanonun adından Azərbaycan prezidentinin şərəfinə nahar verilib.






14 İyul, 2014  17:17 Baxılıb: 650 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner