Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

İtaliya mebelləri Biləcəridə istehsal edilir

“Verona Lux” mebel mağazasında qanunsuzluq faktları aşkarlanıb. Vergilər Nazirliyindən Simsar.az-a verilən məlumata görə, mağazada aparılan araşdırmalar göstərib ki, İtaliyadan gətirildiyi deyilən mallar əslində Biləcəridə yerləşən “Səma LTD” MMM-də istehsal edilir. Satılan mebellərə görə, sifarişçilərə ciddi uçot blankı olan sənədlər verilməməklə yanaşı, nağd hesablaşma qaydalarının pozulur.

Mağazada aparılan araşdırmaların yekunu kimi mühasibatlıq və “qara mühasibatlıq” sənədləri, fəaliyyəti əks etdirən elektron məlumatların saxlanıldığı kompyuter prosessorları aşkar olunaraq götürülüb.

Sözügedən mağazada həmçinin səyyar vergi yoxlamaları da keçirilib. Məlum olub ki, mağaza sahibi Həbilov Rüfət Məhəmməd oğlunun kulli miqdar təşkil edən 562 min 483,61 manat  və “Səma LTD” MMM-nin 549 min 699,49 manat məbləğində vergi borcu var.

Hər iki fakt üzrə Departamentin İstintaq idarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə cinayət işləri başlanmış və hazırda həmin işlər üzrə ibtidai istintaq davam etdirilir.

Ülviyyə







14 İyul, 2014  14:20 Baxılıb: 1766 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner