Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Biznes inkubator üçün iştirakçılar seçilib

Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində yaradılmış biznes inkubatorda fəaliyyət göstərəcək ilk iştirakçılar məlum oldu. Bu məqsədlə keçirilən müsabiqədə İqtisadiyyat və Sənaye, Gənclər və İdman nazirliklərinin, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələrindən ibarət komissiyanın qərarına əsasən, Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində yaradılmış biznes inkubator üçün 15 iştirakçı seçilib.

İştirakçılara 2014-cü ilin sentyabr ayından etibarən Quba-Xaçmaz Regional İnkişaf Mərkəzinin biznes inkubatorunda Bakı Biznes Mərkəzi tərəfindən hazırlanan tədris plan və proqramları əsasında treninqlər keçiriləcək, müxtəlif məsləhət xidmətləri göstəriləcək.

Qeyd edək ki, biznes inkubatorun yaradılmasının əsas məqsədi Quba-Xaçmaz iqtisadi rayonunda gənclərin sahibkarlıq təşəbbüsünün dəstəklənməsi, yeni biznes və məşğulluq imkanlarının yaradılması, sahibkarlara göstərilən dövlət dəstəyinin gücləndirilməsidir. Bu məqsədlə pilot layihə kimi Quba-Xaçmaz Regional İnkişaf Mərkəzinin 2 mərtəbəsində 500 kv metrə yaxın sahədə 15 otaqdan ibarət biznes inkubator yaradılıb. Sahibkarlıq fəaliyyətinə başlamaq arzusunda olan gənclərə biznes inkubatorda zəruri avadanlıqlarla təchiz olunan işçi sahə ayrılacaq və burada onlara sistemli və davamlı maarifləndirmə tədbirləri, təsis sənədlərinin hazırlanması və sahibkarlıq subyekti kimi qeydiyyat, investisiya layihələrinin və biznes planların hazırlanması, marketinq araşdırmalarının aparılması, sərgilərin təşkili və keçirilməsi, potensial biznes tərəfdaşlarla əlaqələrin qurulması və s. istiqamətlər üzrə xidmətlər göstəriləcək.

Bu layihənin davamı olaraq, Balaxanı Sənaye Parkında, Sumqayıt Kimya Sənaye Parkında, Aran Regional İnkişaf Mərkəzində və s. biznes inkubatorların yaradılması nəzərdə tutulur.

Vüsal Qarayev







14 İyul, 2014  13:44 Baxılıb: 927 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner