Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Məktəbli formaları standartlara cavab verəcək?

Məktəbli formalarının standartların tələblərinə uyğunluğunu müəyyən etmək üçün monitorinqlərə başlanılıb. Simsar.az xəbər verir ki, monitorinqlə satış mərkəzlərində saxta əmtəə nişanlı, keyfiyyətsiz, normativ sənədlərlə təmin edilməyən, uyğunluq sertifikatı olmayan məktəbli formalarının satışını aşkar etməklə bunun qarşısını almaqdır.

Texniki şərtlərdə məhsulun keyfiyyətinə olan məcburi tələblər, şagirdlər üçün dəstlərin xarici görünüşü və modelin təsviri əks olunmalıdır. Eyni zamanda hər bir  məhsulun laboratoriya sınaqları aparıldıqdan sonra normativ sənədlərin tələblərinə uyğunluğu təsdiq edilməli və sertifikatlaşdırılmalıdır.

Geyimlərin tərkibi, təhlükəsizliyi üzrə  Komitənin Təcrübə-Sınaq Mərkəzində (AzTEST) sınaqlar aparılacaq. Sınaqların nəticəsində istehsalçı müəssisələr müəyyən ediləcək.

Qeyd edək ki, monitorinqlər Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən həyata keçirilir. Məktəbli formaları Azərbaycan  Respublikasında qüvvədə olan dövlətlərarası standart  ( ГОСТ 25294-2003 "Məktəb yaşlı oğlan və qızlar üçün üst geyimləri" standartı) əsasında müəssisələr tərəfindən hazırlanan və dövlət qeydiyyatına alınan texniki şərtlərin tələbləri əsasında istehsal edilir.

Ülviyyə







14 İyul, 2014  13:34 Baxılıb: 622 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner