Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Papa pedofil din adamlarını kötəkləyəcək

İtalyanın La Republica qəzetinə danışan Katolik Kilsəsinin Lideri Papa Francesco, Kilsədə cüzam xəstəliyi kimi yayılan pedofil din adamlarını, İsa peyğəmbər kimi dəyənəkləyəcəyini deyib.

“Kilsənin 2 faizi pedofildi”

Argentinalı Papa, uşaqların istismaırının, xəyal ediləbiləcək ən qorxunc və çirkli şey olduğunu deyib: “Pedofillik kilsədə cüzam xəstəliyi kimidir. Biz buna qarşı mübarizə aparırıq. Kilsə içində pedofilliyyin 2 faiz olduğuna dair məlumatımız var. Bu məni narahat edir”

Papa bu göstəricinin çox ciddi olduğunu deyib: “Bu yüzdə 2-nin içində rahiblər, piskoposlar və kardinallar da var. Bu dayanılmazdır və biz bunua qarşı ciddi mübarizə aparırıq”.

“Tanrı tələyə düşməz”

İsa peyğəmbərin nəzakət və güzəştə örnək bir insan olduğunu, lakin əxlaqi olaraq kilsələri kirlədənlərə qarşı dəyənəkdən istifadə etdiyini deyən papa, özünün də pedofil rahiblərə qarşı dəyənəkdən istifadə edəcəyini deyib: “İsa hər kəsi sevirdi, hətta bağışlamaq və mərhəmətlə xilas etmək istədiyi günahkarları belə. Lakin o dəyənəyindən də istifadə edirdi, ruhları ələ keçirən şeytanı qovmaq üçün. Lakin ruhlar, ömürboyu etdikləri günahlardan sonra son nəfəslərində peşman ola bilərlər”

Papa, son nəfəslərində peşman olaraq tövbə edənləri özlərinin yox, Tanrının məhkəmə edəcəyini deyib: “Tanrının mərhəməti sonsuzdur, amma əsla tələyə düşməz. Tövbə yaxşı niyyətlə edilmirsə, mərhəmət onun qurtuluşunda rol oynya bilməz”

“Mavi kardinallar var”

Bir çox xristian məzhəbində din adamlarının evlənə bildiyininə və Roma kilsəsinin din adamlarının evlənməsinə icazə verməməsi məsələsinə də toxunan papa: “Bəlkə bilmirsiniz, din adamlarının subay olması qanunu 10-cu yüzillikdə, yəni əfəndimizin (Hz. İsa) ölümündən 900 il sonra qoyulub.  Şərq katolik kilsəsində rahiblər bü günə qədər evlənməyə davam edir. Bununla bağlı problemlər hələ də var, lakin bu o qədər də önəmli məsələ deyil. Bunun üçün zamana ehtiyac var, problemin həlli yolu var və mən də bunu həll edəcəm”

Qəzet həmçinin papanın, “Kilsədə mavi kardinallar var” dediyini də iddia edib.

Vüsal Qarayev







14 İyul, 2014  10:41 Baxılıb: 899 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner