Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

6 ay ərzində 5613 əmək müqaviləsi

Ötən 6 ay ərzində 5613 işçi ilə əmək müqaviləsinin bağlanılması təmin olunub.

Əmək müqavilələri bağlamadan işçi çalışdıraraq əmək haqlarını qeyri-rəsmi formada verməklə məcburi ödəmələrdən yayınan işəgötürənlərə qarşı keçən ilin sonunda əmək müqavilələrinin elektron qeydiyyatı sisteminin yaradılmasına başlanılıb.

Simsar.az-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

Nazir qeyd edib ki, bu prosesin hüquqi əsaslarını təmin etmək üçün 2013-cü ilin dekabrında qanunvericiliyə müvafiq dəyişikliklər edilib, bundan sonra həmin informasiya sistemi yaradılaraq “Elektron hökumət” portalında yerləşdirilib, 2014-cü il iyulun 1-dən isə istifadəyə verilib. Hazırda işəgötürənlər əmək müqavilələrini bu sistemdə fəal şəkildə qeydiyyata almağa başlayıblar.

S. Müslümov vurğulayıb ki, bu elektron informasiya sistemi qeyri-leqal əmək münasibətlərinin qarşısının alınmasında, muzdlu işçilərin əmək hüquqlarının müdafiəsinin gücləndirilməsində, dövlət büdcəsinin gəlirlərinin və sosial sığorta haqlarının artmasında, həmçinin əmək bazarının təhlili üçün informasiya bazasının formalaşdırılmasında mühüm rol oynayacaq. Bununla bərabər, hesabat dövründə əmək qanunvericiliyinin gözlənilməsinə nəzarət üzrə inzibati tədbirlər də sərtləşdirilib.

Nazir diqqətə çatdırıb ki, bu tədbirlər və vətəndaşların müraciətlərinin araşdırılması zamanı 9269 halda işəgötürənlər tərəfindən əmək qanunvericiliyinin tələblərinin pozulduğu aşkar edilib, 2 milyon 352 min manat məbləğində cərimə tətbiq olunub və bunun 35,3 faizi dövlət büdcəsinə ödənilib ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 23 dəfə çoxdur. Ötən 6 ay ərzində 5613 işçi ilə əmək müqaviləsinin bağlanılması təmin olunub.

Vüsal Qarayev







14 İyul, 2014  10:03 Baxılıb: 719 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner