Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

BMT-dən İsrailə qınaq

“İsrailin hazırladığı yeni əməliyyat planının daha çox insan tələfatı ilə nəticələnəcəyinə dair şübhə yoxdur”.

İsrailin Fələstində gerçəkləşdirdiyi elan olunmamış müharibə yüzlərlə vətəndaşın ölümü ilə nəticələnib. BMT bu vəziyyətin bölgədəki gərginliyi daha da artıracağından narahatdır. Simsar.az xarici KİV-ə istinadən məlumat verir ki, BMT-dən verilən açıqlamada Baş katib Ban Ki Mun öz narahatlığını ifadə etmək üçün həyəcan təbili çalıb. Ban hər iki tərəfdən qarşıdurmaları yekunlaşdırmağı tələb edib. Həmasın raket hücumlarının beynəlxalq hüquq normalarına zidd olduğunu ifadə edən açıqlamada eyni zamanda İsrail əməliyyatlarının Fələstin ailələrinə göstərdiyi təsirdən narahatlıq da yer alıb.  “Xeyli sayda fələstinli öldürüldü. İsrailin hazırladığı yeni əməliyyat planının daha çox insan tələfatı ilə nəticələnəcəyinə dair heç bir şübhə yoxdur”.

O bildirib ki, Qəzzada yaşayan fələstinlilər azadlıq və hörmət haqqından məhrumdurlar. Bu baxımdan iki ölkə arasındakı problemi həll edərək tərəflərin bir-birinə olan inamını formalaşdırmaq və sülhü təmin etmək kimi bir zərurət var.

YUNESKO-dan verilən açıqlamada da İsrail hücumlarından narahatlıq duyulur. Belə ki, hücumlar nəticəsində, Qəzzada 33 uşağın öldürüldüyü, yüzlərlə uşağın isə yaralandığı bildirilib. Ərazidəki YUNESKO nümayəndəsi baş verənlərlə əlaqədar uşaqlarda iştahsızlıq və psixoloji problemlərin yarandığını vurğulayıb.

Ülviyyə Cövdətqızı







14 İyul, 2014  09:54 Baxılıb: 668 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner