Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Həmvətənimizim Ukrayna prezidentinə təklifi qəbul olunub

Ukraynadakı həmvətənimiz, 2008-2009-cu illərdə Ukrayna Prezidenti Yanında Etnosiyasi Məsələlər üzrə Şuranın üzvü Oktay Rüstəmovun prezident Pyotr Poraşenkoya, Şuranın fəaliyyətinin bərpa olunması ilə bağlı etdiyi təklif qəbul olunub. Bu barədə Simsar.az-a  Diaspor Jurnalistləri Birliyinin Ukrayna üzrə nümayəndəliyinin rəhbəri Qaraş Tağıyev məlumat verib.

Təklifdə deyilir: "Ukrayna ictimaiyyətində vətəndaş razılığının qorunması, millətlərarası münasibətlərin inkişafı, Ukraynadakı milli azlıqlarının etnik, mədəni, dil və mənəvi hüquqlarının müdafiəsi istiqamətində aparılan fəaliyyətin aktivləşməsi, etnosiyasi məsələlərin düzgün istiqamətləndirilməsi naminə Sizə, Ukrayna Prezidenti yanında daimi məsləhətçi orqan vəzifəsini icra edən "Etnosiyasi məsələlər üzrə daimi Şura" yaradılması təklifi ilə müraciət edirəm. Əminəm ki, belə bir orqanın fəaliyyəti dövlət etnosiyasətinin təkmilləşdirilməsinə, milli siyasətin demokratik Avropa dəyərlərinə yönəldilməsinə,zəmin yaradacaq”.

Onu da qeyd edək ki, təklifin Prezident Adminstrasiya tərəfindən qəbul olunmasıyla bağlı Ukraynanın aparıcı xəbərlər portalı olan UKRİNFORM agentliyində məlumat yayımlanıb.

 

Günel

 






14 İyul, 2014  09:21 Baxılıb: 652 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner