Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Şvarnadze dəfn olundu

Gürcüstanın ikinci prezidenti Eduard Şevardnadze iyulun 13-də torpağa tapşırılıb.

Simsar.az-ın Gürcüstan bürosunun məlumatına görə, E. Şevardnadze ilə vidalaşma mərasimi Tiflisdəki Müqəddəs Üçlük Məbədində təşkil olunub.

Mərasimə Gürcüstan prezidenti Georgi Marqvelaşvili, baş nazir İrakli Qaribaşvili, parlamentin sədri David Usupaşvili, müdafiə naziri İrakli Alasaniya, ABŞ-ın sabiq dövlət katibi Ceyms Beyker, Azərbaycanın Milli Məclisinin sədri Oqtay Əsədovun rəhbərliyik etdiyi nümayəndə heyəti, ölkədə akkreditə olunan diplomatik korpus nümayəndələri, Gürcüstanda fəaliyyət göstərən partiyaların rəhbərləri, beynəlxalq təşkilatlar və ümumilikdə 30-dək dövlətdən gələn nümayəndə heyəti qatılaraq, E. Şevardnadzenin ailəsinə, yaxınlarına başsağlığı veriblər.

Tədbirdə çıxış edən G. Marqvelaşvili, İ. Qaribaşvili, C. Beyker E. Şevardnadze haqqında fikirlərini bildiriblər. Mərasimdə çıxış edən mərhumun oğlu Paata Şevardnadze və nəvəsi Sofo Şevardnadze vida mərasiminə gələn qonaqlara təşəkkür ediblər.

Sonra E. Şevardnadze Krtsanisi iqamətgahında həyat yoldaşı Nanuli Şevardnadzenin yanında torpağa tapşırılıb.

Sabiq prezident iyulun 7-də 87 yaşında vəfat edib.






14 İyul, 2014  09:13 Baxılıb: 1056 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner