Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

İsrail Qəzzanı qurudan da vurdu: 33 uşaq öldü

Qurudan ilk zərbə

İsrail komandoları havadan başlarına bomba yağan qəzzalıları, indi də qurudan vurmağa başladılar.

İsrail “Qoruyucu zolaq Əməliyyatı”-nı başladığı gündən bəri dünən ilk dəfə olaraq Qəzzanı qurudan vurdu. Dünən səhər edilən hücumda 4 İsrail əsgəri yaralanıb, 3 Həmas üzvü isə öldürülüb. Ümumilikdə 166 nəfərin öldüyü bölgədə, 33 günahsız uşaq İsrail bombalarının qurbanı olub. 16 nəfər qadın öldürülüb. Yaralıların sayı isə 1120-ə çatıb. Ordu 1.320 hədəf vurduğunu açıqlayıb.

Netenyahu: Uzun çəkə bilər

İsrail baş naziri Netenyahu əməliyyatla bağlı: “Əməliyyatların nə zaman bitəcəyini bilmirik, bu uzun sürə bilər” – deyib. Dünənki nazirlər kabinetinin toplantısından sonra Netenyahu: “Sakitlik bərpa olunana qədər Qəzzada şiddətli əməliyatlara davam edəcəyik” deyə bildirib. Netenyahu mülkilərin öldürülməsi məsələsinə də münasibət bildirib: “Düşmən qəzzalıları canlı qalxan olaraq istifadə edir. İsrail əməliyyatlarda mülkilərin ölməsinə görə çox üzülür, lakin bütün bunların günahkarı həmasıdr. İsraillə Həmas arasındakı fərq budur. Biz İsrail xalqını qorumaq üçün raketdə qorunma sistemi qururuq, Həmas isə qorunmaq üçün öz xalqından istifadə edir.”

Vüsal Qarayev







14 İyul, 2014  09:09 Baxılıb: 660 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner