Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Mehriban Əliyeva Fransanın keçmiş meri ilə görüşüb

Kannda keçirilən Azərbaycan mədəniyyəti günləri çərçivəsində  Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Kann şəhərin keçmiş meri, Fransa Milli Assambleyasının deputatı Bernar Broşənlə görüşüb.

Bernar Broşən Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanı növbəti dəfə Kannda görməyindən böyük məmnunluq hissi duyduğunu vurğulayıb, bu il yenidən təşkil olunan Azərbaycan mədəniyyəti günlərinin əhəmiyyətini qeyd etmiş, onun ötən ilki kimi yüksək səviyyədə keçdiyini bildirib.

Heydər Əliyev Fondunun bu sahədəki fəaliyyətini təqdir edən Bernar Broşən fond tərəfindən Fransanın müxtəlif region və şəhərlərində keçirilən tədbirləri yüksək qiymətləndirib.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Bernar Broşənin Kannda mədəniyyət günlərinin keçirilməsi ilə bağlı ənənənin formalaşmasındakı rolunu yüksək qiymətləndirib.

Görüşdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıləb.

 

Günel







14 İyul, 2014  08:02 Baxılıb: 819 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner