Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

YSŞ qərar verdi – Ərdoğan istefa verməyəcək

Türkiyə Yüksək Seçki Şurası (YSŞ) Rəcəb Tayyib Ərdoğanın “baş nazir postundan  istefa etməsi” ilə bağlı 3 CHP-li millət vəkilinin etirazını müzakirə edərək qərara verib.

Simsar.az haberler.com-a istinadla xəbər veirir ki,YSŞ Ərdoğanın istefasına ehtiyac olmadığına qərar verib.

YSŞ prezident seçkilərində namizəd olan Baş nazir Rəcəb Tayyib Ərdoğanın bu vəzifədən istefa etməsi ilə bağlı şikayəti yekdilliklə rədd edib. Ərdoğan, Baş nazir olaraq seçki kampaniyasına davam edə biləcək.

YSŞ, bu gün keçirdiyi toplantıda namizəd olan dövlət işçilərinin vəzifələrindən istefa etmələrini tələb edən Konstitusiyanın 79-cu maddəsinin Baş nazir Ərdoğana da tətbiq olunması lazım olduğuna bağlı müraciətləri qiymətləndirib. Bu mövzuda edilən 15 şikayətin hamısını, yekdilliklə rədd edən YSŞ qərarını Konstitusiya, Konstitusiya Məhkəməsi qərarına və 6271 saylı qanuna əsasən qəbul edib.

YSŞ toplantıda, prezidentliyə rəsmi olaraq namizəd olan AK Partiya Ümumi Başçısı Rəcəb Tayyib Ərdoğan ilə HDP yoldaş sədri Selahattin Demirtaşın, ümumi başçılıq vəzifələrindən ayrılıb ayrılmamaları lazım olduğu da müzakirə edilib .YSŞ prezidentliyə namizədlərin partiya ümumi başçılığından ayrılmalarına gərək olmadığına dair də hökm verib.

Bu səbəbdən, Ərdoğan və Demirtaş namizədlik prosesləri boyunca sədrlik vəzifələrini də davam etdirəcəklər.

Hüseyn İbadlı







12 İyul, 2014  15:56 Baxılıb: 679 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner