Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

25 yaşlı qız 1000 nəfəri müsəlman etdi

Belçikada yaşayan 25 yaşlı Veronika Kuls 8 il ərzində 1000-dən artıq insanı islam dininə dəvət edib. Onun ailəsi ilə birgə qurduğu “Yeni Müsəlman Qardaşlar”  təşkilatı da insanları islam cəhətdən maarifləndirməyə xidmət edir.

Simsar.az xəbər verir ki, Veronika bir müddət Türkiyəli müəllimlərdən dərs aldıqdan sonra Kəlime-i Şəhadət gətirərək müsəlman olmağa qərar verib. Onun sözlərinə görə, əvvəllər xeyli çətinliklə üzləşib. “Ətrafımda olan insanlar bunu normal qarşılamırdılar. Ancaq səbr və iradə nümayiş etdirərək mühakimələri dəf etməyə çalışdım”.

Bir müddət sonra onun ailəsi də müsəlmanlığı qəbul edərək evlərinin birinci mərtəbəsini islami cəhətdən maariflənmək istəyənlər üçün mərkəzə çevirib.

Veronika müsəlmanlara qarşı dünya ölkələrinin münasibətindən bəhs edərkən 11 sentyabr və İsrail-Fələstin münasibətlərinə də toxunub. O bildirib ki, Bölgədəki problemlər sırf siyasi xarakter daşıyır. İsrailin Fələstinə qarşı mövqeyini tanımayan bir çox yəhudi var. Eyni zamanda islam dininə olan bu münasibət islamdan məlumatsız olmaqdan irəli gəlir. O hazırki vəziyyətdə istər Suriyaya, istərsə də Fələstinə təşkilat olaraq dəstək göstərdiklərini, əllərindən bir şey gəlməyəndə dua etdiklərini bildirib.

Ülviyyə







12 İyul, 2014  14:56 Baxılıb: 946 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner