Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Bakı-Quba yolunda qəza: 10 yaralı

Bu gün Bakı-Quba-Rusiya Rederasiyası dövlət sərhədi avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib. Qəza magistralın 132-ci km-də, Şabran rayonunun Gəndob kəndi ərazisində qeydə alınıb.

Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü Rzayev Vüsal Mübariz oğlunun idarə etdiyi “BMW” markalı avtomaşınla Siyəzən rayon sakini, 1986-cı il təvəllüdlü Mahmudov Ənvər Yavər oğlunun idarə etdiyi “VAZ-2106” markalı avtomaşın toqquşub. Qəza nəticəsində hər iki maşının  sürücüsü və  sərnişinləri - 1986-cı il təvəllüdlü Quliyeva Rəqsanə Əhəd qızı, 1972-ci il təvəllüdlü Quliyev Vətən Nadir oğlu, 2008-ci il təvəllüdlü Məmmədtağıyeva Mehriban Mehrab qızı, 2010-cu il təvəllüdlü Quliyeva Gülsurə Vətən qızı, 1986-cı il təvəllüdlü Məmmədtağıyeva Ofelya Əhəd qızı, 1982-ci il təvəllüdlü Aslanov Əflatun Əhəd oğlu, 1968-ci il təvəllüdlü İbrahimova Nəzakət Əlislam qızı və 1987-ci il təvəllüdlü Rzayeva Səbinə İbrahim qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onlardan 4 nəfər stasionar qaydada müalicələrini davam etdirir və  vəziyyətlərinin orta-ağır olduğu bildirilir. Qalanları isə ambulator müalicə üçün evə buraxılıb.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırmalar davam etdirilir. (APA)

Simsar.az

 






12 İyul, 2014  14:14 Baxılıb: 658 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner