Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Salyanlı sahibkarlar üçün - Fürsət

Salyan rayonunun Qardili kəndində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib.

Simsar.az xəbər verir ki. forum çərçivəsində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Salyan rayonu üzrə sahibkarlıq subyektlərindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbuluna qərar verilib:

- ixtisaslaşdırılmış “yaşıl market”in yaradılması;

- müasir ət kəsimi müəssisəsinin yaradılması;

- 50 başlıq südlük istiqamətli müasir ailə fermer təsərrüfatlarının yaradılması;

- kiçik və ya orta həcmli üzümçülük təsərrüfatlarının yaradılması;

- kiçik meyvəqurutma və plastik qapı-pəncərə istehsalı müəssisələrinin yaradılması;

- iri taxılçılıq və intensiv bağçılıq təsərrüfatlarının yaradılması.

Onu da qeyd edək ki, layihənin maliyyələşdiriliməsi də dövlətin güzəştli kreditləri hesabına mümkün olacaq. Belə ki, sahibkarın istəyinə uyğun olaraq investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək. İnvestisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edilməlidir

Simsar.az







12 İyul, 2014  11:11 Baxılıb: 841 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner