Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Kəmaləddin Heydərov Şəmkirçay su anbarında - FOTOLAR

Azərbaycan prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında qarşıya qoyduğu tapşırıqlara müvafiq olaraq, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Şəmkirçay su anbarının tikinti işləri ilə tanış olub.

FHN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazir Kəmaləddin Heydərova məlumat verilib ki, ümumi su tutumu 170 milyon kubmetr, faydalı həcmi 145 milyon kubmetr olacaq su anbarının tikintisində məqsəd Şəmkirçayın su ehtiyatlarından səmərəli istifadə etməklə bölgədə yaşayan əhalinin suya olan tələbatının tam ödənilməsi və əkin sahələrinin suvarma suyu ilə təmin edilməsidir. Eyni zamanda ucuz enerji istehsalı və yeni suvarma kanallarının tikilməsi ilə əkinə yararlı sahələrdən səmərəli istifadə olunacaq. Su anbarının tikintisinin cari ilin sonunda başa çatdırılması nəzərdə tutulur.

Layihə başa çatdırıldıqdan sonra “Şəmkirçay” su anbarına yığılan su ilə Şəmkir, Göygöl, Samux və Goranboy rayonlarında  50122 hektar torpaq sahəsinin su təminatı yaxşılaşdırılacaq və 20 834 hektar yeni sahələrin suvarılması təmin ediləcək. Bununla yanaşı, Gəncə şəhərinə, Samux və Şəmkir rayonlarına saniyədə 1,6 kubmetr içməli su veriləcək.

Nazir layihə çərçivəsində inşa edilən Hidroelektrik stansiya, Qidalandırıcı kanal, Sol sahil Şəmkirçay və Sağ sahil Şəmkirçay kanallarının tikintisi prosesi ilə də tanış olub, podratçı şirkət olan Türkiyənin "Çengiz" İnşaat Sənaye və Ticarət Anonim Şirkəti və nazirliyin qurumlarının rəhbərlərinə işlərin layihəyə uyğun keyfiyyətli  tamamlanması istiqamətində tapşırıq və tövsiyələrini verib.







12 İyul, 2014  09:40 Baxılıb: 621 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner