Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Şou

Aygün Kazımova:"Xanım Qafarovanın ölümünü faciə adlandırıram" - ÖZƏL

Simsar.Az xəbər verir ki, Azərbaycan Dövlət Musiqi Teatrının aktrisası, əməkdar artist Xanım Qafarovanın vaxtsız vəfatı əksər sənət dostlarını,  o cümlədən hazırda Türkiyədə olan xalq artisti Aygün Kazımovanı möhkəm sarsıdıb. Əməkdaşımızla söhbətində Aygün xanım, 47 yaşında ağır xəstəliyə qalib gələ bilməyən mərhum aktrisanın ölüm xəbərinə belə münasibət bildirib :

"Elə pis əhvaldayam ki... Bu xəbəri ilk mənə deyən qızım olu, inanmadım, Türkiyədə olduğum müddət ərzində ilk dəfə olaraq Azərbaycan saytlarına daxil olub,  bu acı xəbəri öz gözlərimlə oxudum. Dilim-dodağım qurudu. Sözlərim tükəndi. Gözlərim doldu, özümdən xəbərsiz ağlamağa başladım.

Mən buna bir ad verdim - Faciəli ölüm.  Allah - Təala ona qəni-qəni rəhmət eləsin. Yaşadığım hisslər mənə deyir ki, onun ruhu artıq cənnətdədir.

Yaxından tanışlığım olmasa da onun nə qədər əziz bir insan olduğunun fərqinə vardım. Bugün Xanımın sağlığında verdiyi son müsahibələrini izlədim.

Əsl sənətkar kimi danışırdı. Məni ən çox üzən də elə bu oldu. Daha bir sənət insanı dünyadan köçdü.

Allahdan tək istəyim var. Vaxtı ilə milyonların sevgisini qazanmış sənətçilər, müalicəsi mümkün olmayan xəstəliklərdən vəfat etməsinlər. Sənətçilərin əzab çəkməsi xalqın gözü qarşısında baş verməsin.

Xanım Qafarovanın əzizlərinə, tamaşaçılarına başsağlığı verib, onların dərdinə şərik olduğumu deyirəm. Vaxtsız və faciəli ölümü ovutmaq çox çətindir. Allah səbr versin.

Azərbaycanımızın başı sağ olsun".

Şahin Cavadsoy

Simsar.Az






11 İyul, 2014  21:05 Baxılıb: 5731 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner