Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

İlham Əliyevdən yeni FƏRMAN

Azərbaycan Respublikasınnın Prezidenti yeni fərman imzalayıb. İmzalanan fərmanla "Dövlət vergi orqanlarında xidmət haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" fərmanında dəyişiklik edilib.

Fərmanda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. "Dövlət vergi orqanlarında xidmət haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli 539 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 7, maddə 476; 2005, № 2, maddə 71; 2007, № 4, maddə 323; 2008, № 5, maddə 372) Əlavə 1 - “Azərbaycan Respublikasının vergi xidməti orqanlarının ali rəis heyəti üçün nəzərdə tutulan vəzifələr və bu vəzifələrə uyğun xüsusi rütbələrin Siyahısı”nın  “Azərbaycan Respublikası Vergilər Nazirliyinin mərkəzi aparatı” hissəsinə aşağıdakı məzmunda  altıncı abzas əlavə edilsin:

Azərbaycan Respublikası vergilər nazirinin vergi cinayətlərinin ibtidai araşdırılması məsələləri üzrə müşaviri 3-cü dərəcəli dövlət ədliyyə müşaviri

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

 






11 İyul, 2014  18:15 Baxılıb: 764 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner