Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Azərbaycan “M&I” Avropa baharı forumunda iştirak edib

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosu İstanbulda “M&I” Avropa baharı forumunda iştirak edib.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a bildirilib ki, “M&I” forumu biznes turizmində dünyanın ən böyük platformasıdır və müxtəlif hədəf bazarları üçün ildə altı forum təşkil edir.

Avropanın MİCE (biznes turizmi) bazarının ən nüfuzlu və aparıcı üzvlərini bir araya gətirən “M&I” Avropa baharı forumunda Azərbaycan Konqreslər Bürosu tərəfdaşı “Pik Palace Hotel-Shahdag” ilə birgə ölkəmizi ən yüksək səviyyədə təmsil edib. MİCE bazarının təmsilçiləri və şirkətləri büronun fəaliyyətinə və Azərbaycana böyük maraq göstəriblər.

Forum çərçivəsində büronun alıcılarla 56-dək fərdi görüş və iclas keçirməsi görülən işlərin uğurunu bir daha vurğulayır. Azərbaycanın turizm bazarına ən böyük marağı Böyük Britaniya, Rusiya və Almaniya göstərir.

Azərbaycan ilə əməkdaşlıqda və ölkənin biznes turizminə sərmayə qoymaqda maraqlı olan digər ölkələr sırasında Fransa, İspaniya, İtaliya, Polşa, İsveçrə, Macarıstan, Bolqarıstan, İsveç, Danimarka, Belçika və başqa ölkələrin də adlarını qeyd etmək olar. Büro forum çərçivəsində bu ölkələrdən olan alıcılar ilə də iclaslar keçirib.

Alıcıların əksəriyyətinin təmsil etdikləri şirkətlərin ən üst idarə heyətində yer almaları və həmin şirkət və təşkilatlarda qərarın qəbulu prosesində iştirakları keçirilmiş iclasların mahiyyətinin olduqca yüksək olduğunu göstərir.

“M&I” forumu özlüyündə Azərbaycanı dünya MİCE bazarında beynəlxalq tədbirlərin keçirilməsi üçün inkişaf edən məkan kimi təbliğ və təqdim üçün əlverişli platforma olmaqla yanaşı, həmçinin ölkədə müəyyən sahədə maraqlı olan alıcılarla görüşmək və eləcə də təklif üçün sorğuların (Request For Proposal) müzakirəsinə gözəl məkandır.

Azərbaycan Konqreslər Bürosu noyabrın 9-dan 13-dək Berlində keçiriləcək “M&I” Rusiya və Şərqi Avropa forumunda iştirak etməyi planlaşdırır.

Günel






11 İyul, 2014  17:28 Baxılıb: 808 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner