Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Vergidən yayınma üzrə 351 cinayət işi açılıb

2014-cü ilin birinci yarısında Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində vergidən yayınma və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma faktları üzrə 351 cinayət işi açılıb.

Nazirliyin analitik informasiya şöbəsindən Simsar.az-a bildirilib ki, hesabat dövründə departamentin istintaq idarəsində 184 cinayət işi üzrə ibtidai istintaq tamamlanıb, 7 nəfər təqsirləndirilən şəxs barəsində həbs-qətimkan tədbiri seçilib.

Cinayət işləri və materiallar üzrə aparılan araşdırmalar zamanı dövlət büdcəsinə 5 milyon 470 min manat ödənilməsi təmin edilib. İcraatına xitam verilmiş 139 cinayət işindən 95-i üzrə bəzi müəssisələrin rəhbərləri və fiziki şəxslər yayındırdıqları vergiləri tamamilə ödədiklərinə görə barələrində müvafiq qərarlar qəbul edilib.

Cinayət işləri üzrə keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində vergi cinayətləri törətdiklərinə görə barələrində axtarış elan edilmiş 9 nəfər şəxs tutularaq departamentin istintaq idarəsinə təhvil verilib, ibtidai istintaqdan yayınan 269 şəxsin məcburi qaydada, 81 şəxsin isə tapılaraq istintaqa gətirilməsi, 112 şəxsin yerinin müəyyən olunması təmin edilib.

Vergi orqanlarının üzərinə düşən vəzifələrin icrasına kömək göstərilməsi ilə bağlı müraciətlərə baxılması nəticəsində vergi yoxlamalarından, əmlakının siyahıya alınmasından yayınan və fəaliyyəti barədə bəyannamə verməyən 219 vergi ödəyicisi tapılıb müvafiq vergi orqanlarına təqdim olunub.

Vüsal Qarayev






11 İyul, 2014  17:25 Baxılıb: 707 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner