Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Səmərqənd universitetində “Azərbaycan mərkəzi”

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, Azərbaycan bu ölkədəki səfirliyinin birinci katibi Samir Abbasov Səmərqənd Dövlət Universitetində bir sıra görüşlər keçirib.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a bildirilib ki, universitetin prorektoru, beynəlxalq əlaqələr departamentinin rəhbəri Nargiza Abduvaxidova ilə görüşdə bu qocaman təhsil ocağında “Azərbaycan mərkəzi”nin yaradılması barədə razılıq əldə olunub.

Mərkəzin yaradılması ilə əlaqədar Azərbaycanın Özbəkistandakı səfirliyi və səfirliyin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzi tərəfindən lazımi təşkilati köməkliyin göstəriləcəyi bildirilib.

Mərkəzdə kitabxananın, kinozalın, Azərbaycan mədəniyyətini, tarixini əks etdirən guşələrin yaradılacağını söyləyən S.Abbasov bildirib ki, bu bölmələrə xalqımızın tarixini, mədəniyyətini, ədəbiyyatını, incəsənətini əks etdirən kitablar, videomateriallar, fotoşəkillər hədiyyə olunacaq.

Görüş zamanı Səmərqənd Dövlət Universiteti ilə Azərbaycan ali təhsil müəssisələri arasında əməkdaşlıq əlaqələrinin yaradılması və birgə layihələrin həyata keçirilməsi müzakirə olunub.

Səfər çərçivəsində Samir Abbasov Orta Asiyada tanınmış azərbaycanlı mütəfəkkir, mətbuat xadimi, Özbəkistanda ilk teatrın əsasını qoyan, naşir Seyid Rza Əlizadənin Səmərqənddəki ev- muzeyində olub.

Seyid Rza Əlizadənin nəvəsi, araşdırmaçı Fərxad Əlizadə ilə görüşdə muzeyin gələcək fəaliyyəti və tanınmış mütəfəkkirin irsinin araşdırılmasının davam etdirilməsi, aşkar olunan yeni eksponatların nümayişi, habelə muzeyin Səmərqənddəki digər tarixi abidələr kimi turizm marşrutlarına daxil edilməsi məsələləri müzakirə edilib.

Səmərqənddəki Afrosiab Dövlət Tarixi Muzey-Qoruğunu da ziyarət edən Samir Abbasov muzeyin direktoru Samariddin Mustafakulov ilə görüşüb.

Görüşdə Afrosiab Muzeyi ilə Azərbaycan muzeyləri arasında əməkdaşlıq əlaqələrinin yaradılması və birgə elmi tədqiqatların aparılması məsələləri müzakirə olunmuş və Səmərqənddə təşkil olunacaq “Xalqların tarixi və adət-ənənələri” muzeyində Azərbaycan bölməsinin yaradılması məsələsi barədə razılıq əldə edilib.

Günel







11 İyul, 2014  17:05 Baxılıb: 799 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner