Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

İmtahan stressini necə atmalı? – RƏYLƏR

Sabahdan Azərbaycanda tələbə olmaq istəyən abituriyentlərin ali təhsil müəssisələrinə qəbul olması üçün ilk qəbul imtahanı başlayır. Təbii ki, imtahanlar yaxınlaşdıqca məzunların həyəcanı da çoxalır. Bəzi abituriyentlər isə bir neçə ilin materiallarını bir neçə aya öyrənməyə çalışırlar ki, bunu da mütəxəssislər heç də düzgün hesab etmirlər.

Bir çox abituriyentlər isə həyəcanına güc gəlmək üçün sakitləşdirici dərmanlar qəbul edir ki, bu vasitə də insan səhhətinə mənfi təsirlər göstərərək, fikrin imtahana düzgün yönəlməsinə mane olur.

Bir qrup abituriyentlərə isə valideynlər tərəfindən psixoloji təsir göstərilir ki, bu da onların “qəbul olmasam, nə olacaq?” kimi sualları həddindən çox düşünməsinə gətirib çıxarır. Bu sualları düşünmək isə əlavə basqı yaradır və fikrin imtahana tam yönəlməsinə imkan vermir.

Bəzi abituriyentlər isə düzgün qidalanmadıqlarına görə, imtahan günü səhhətlərində müxtəlif problemlər yaranır. Onlarla bu kimi halları sadalamaq mümkündür.

Mütəxəssislər imtahan öncəsi gərginlik və stressdən uzaq olmaq üçün abituriyentltərə nə etməyi  məsləhət görürlər?

Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdiri Cəsarət Valehov Simsar.az-a açıqlamasında deyib ki, sabahdan onların həyatında böyük mərhələnin başlanğıcıdır. Lakin bu abituriyentlərin təşvişə düşməsinə, özlərini itirməsinə səbəb olmamalıdır. Çünki bu imtahan onların müstəqil həyatının başlanğıcında ilk imtahandır. Universitetə qəbul olduqdan sonra, onların qarşısında dayanan əsas məsələ universitetdə yaxşı oxumaqdır.

Hazırda qəbul imtahanlarına hazırlaşmaq prosesi bilik və bacarıqların yüksəldilməsi prosesindən daha çox məlumatların əzbərlənməsi prosesidir. Bu da məzunlarda çox stress yaradır. Çünki insanın bütün məlumatları eyni yükdə, eyni gücdə beynində saxlaması böyük gərginlikdir. Bu, idrak və mənəvi baxımdan abituriyentləri psixoloji gərginliyə gətirib çıxarır. Bəzən abituriyentlər o qədər gərgin olurlar ki, ilboyu öyrəndiklərinin böyük hissəni imtahanda unudurlar. Bir neçə ildə öyrənməli olduqları bilikləri bir neçə aya əzbərləyən abuturiyentlər onları 1-2 ilə unudacaqlar.

Psixoloq  Günel Aslanova deyib ki, insan öyrəndiyi məlumatların 50 faizini həmin ilin sonunda, 80 faizini isə ikinci il unudur. Yəni, qısa müddətdə əzbərlənən informasiyaların 50 faizi həmin ilin sonunda onların yaddaşından silinir. Yaddaş imkanları sonsuz deyil. Onu yükədikcə, hansısa informasiyalar alt yaddaşa ötürülür. Yəni, bütün infomasiyalar eyni səviyyədə aktivliyini saxlaya bilməz.

Mütəxəssislər göstərir ki, imtahanlardan bir neçə gün öncə abituriyentlər heç nə oxumamalı, heç bir yeni məlumat əldə etməməlidirlər. Çünki hər gün beyinə daxil olan məlumatlar gərginliyi daha artırır. Yəni, imtahandan bir neçə gün öncə abituriyentlər dərslərdən və qayğılardan uzaq olaraq, istirahət etməldirlər. Bəzən abuturiyentlərin imtahan öncəsi qəbul etdiyi kimyəvi tərkibli sakitləşdirici dərmanlar onları yuxuladır, beynin fəaliyyətini ləngidir. Həkim məsləhəti ilə tərkibi otlardan ibarət olan yüngül sakitləşdirdicilərdən həyəcan və gərginliyi azaltmaq üçün istifadə etmək olar”.

Psixoloq abituriyentlərə ən yaxşı köməyin valideynlərin dəstəyi olduğunu bildirib “Abituriyentləri ruhdan salmaq olmaz. Məsələn “Səndə bu gedişlə alınmayacaq, səndən oxuyan olmaz, sən bacarmayacaqsan, bu tərz oxumaq olmaz” kimi ifadələr işlətmək olmaz. Əksinə valideynlər və müəllimlər onları motivasiya etməlidirlər. İmtahandan bir-iki gün öncə abituriyentlər daha çox havada olmalı, maye qəbul etməlidirlər. Onlar istirahət etməlidirlər ki, beyin imtahanda tam şəkildə fəaliyyət göstərə bilsin.

Psixoloq Dəyanət Rzayev isə  valideynlərin övladlarının hazırlığı üçün xərclədiyi vəsaitin də gərginlik və stressə səbəb olan amillərdən biri olduğunu deyir. “Ata və ananın övladının ali təhsil alması üçün xərclədiyi vəsait də imtahanöncəsi stressin yaranmasına səbəb ola bilir. Məktəblərdə təhsilin səviyyəsinin aşağı olduğunu görən valideyn, övladının təhsilli olması üçün bu yola əl atmaq məcburiyyətində qalararq külli-miqdarda vəsait xərcləməli olur. Əksər hallarda valideyn sadəcə övladının diplomu olsun deyə onu oxutdurur”.

Psixoloq imtahanöncəsi ata və ananın göstərdiyi təzyiqlərin də abituriyentdə psixoloji gərginliklərin yaranmasında mühüm rol oynadığını deyərək, valideynlərə belə halda necə davranmağın lazım olduğu haqda məsləhətlərini verib.

“Bəzən olur ki, abituriyent imtahana daxil olaraq onlar üçün ayrılan müddət başa çatanadək ağlayır. Bu cür vəziyyətin yaranmasında psixoloji amillərin də rolu mühümdür. Bunun üçün ilk növbədə valideynləri maarifləndirmək lazımdır. Çünki valideynin övladına yanaşmasından çox şey asılıdır. Övladı sıxmaq  onda gərginlik yarada bilər. İmtahandan öncə ata və ya ana övladına bu cür yanaşmalıdır: “Ali məktəbə daxil olsan da, olmasan da canın sağ olsun. Burda heç bir faciə yoxdur. Əsas diplomu olmaq deyil, əsas odur ki, biliyin olsun. Ali məktəbə daxil olmasan belə, sən bizim balamızsan. Biz səni çox istəyirik. Bizim üçün sənin qəbul olub-olmamağının heç bir fərqi yoxdur”.

Psixoloji gərginliyi aradan qaldırmaq üçün qəbul edilən dərmanlar bəzən keyləşməyə səbəb ola bilər ki, bu zaman abituriyentdə yuxuya meyillilik yarana bilər. Buna görə əksər hallarda imtahana hazırlaşan abituriyentlərə valerian və valedol kimi müəyyən qədər əsəbi sakitlik yarada biləcək dərmanlar qəbul etmək tövsiyə edilir. Bu məsələdə həkimlə məsləhətləşmək çox önəmlidir.

Abituriyent imtahan günü özünü yaxşı hiss etmək üçün imtahandan öncəki gün bir az tez yatmalı, dəftər-kitabdan müəyyən qədər uzaqlaşmalı, beyni o qədər də çox gücə salmamalıdır.

İmtahandan bir-iki gün öncə dəftər-kitabdan müəyyən qədər də olsa uzaqlaşmaq lazımdır. İmtahana isə sınağa getdiyi kimi getməli, özündə vahimə yaratmamalıdır.

İmtahana hazırlaşan şəxs bir gün öncədən təmiz hava qəbul etməli, gününü adi gün kimi keçirməlidir.

Bundan başqa həyəcanı, əsəbi gərginliyi azaltmaq üçün dəniz kənarında hava qəbul etmək də tövsiyə edilir.

“Sabah imtahandır” deyib küy yaradaraq valideynlərin səhhətində də problem yaratmaq lazım deyil. Bu cür biabırçılığı aradan qaldrımaq lazımdır. Heç bir ölkədə imtahan öncəsi bizdə yaranan bu mənzərəyə rast gəlmək olmaz. Qohum-əqrəbanın zəng edib mütəmadi imtahanla bağlı suallar verərək həyəcanı artırması düzgün deyil.

İmtahana hazırlaşan abituriyentdə “sən imtahandan keçə bilməsən, ali məktəbə daxil olmasan həyatın uğursuz olacaq. Səni fəciə gözləyəcək” deyə düşüncə formalaşdırıblar. Valideynlər unutmasınlar ki, təhsil hər şey deyil, qabiliyyət də önəmlidir.

Aysel Kərimova

 

 

 






11 İyul, 2014  16:56 Baxılıb: 1286 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner