Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

412 əlilə araba verildi

Ölkəmizdə əlilliyi olan şəxslər dövlət tərəfindən müxtəlif yardımlarla təmin olunurlar. Simsar.az xəbər verir ki, bu mənada son 6 ayda Bakı Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən tibbi göstərişi olan 412 nəfər əlilə əlil arabası verilib.

Mərkəzin Gəncədəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən son 6 ayda əlilllər 10 mindən çox reabilitasiya vasitəsi və protez-ortopedik məmulatla təmin olunub. Bununla yanaşı, müraciətlər əsasında onlara məxsus 445 ədəd reabilitasiya vasitəsi və protez-ortopedik məmulat təmir olunaraq yenidən istifadəyə verilib.

Onu da qeyd edək ki, Mərkəzdə və Gəncə filialında mürəkkəb protezləşdirmə stasionarlarında bütün növ amputasiya olunmuş əlilliyi olan şəxslərin protezləşməyə hazırlanması, protezlə təmin edilmiş belə şəxslərə isə protezlə hərəkət edilməsinin öyrədilməsi, onurğa sütunu zədələnmiş spinal əlillərin və skoliozlu uşaqların reabilitasiyası və s. istiqamətlərdə bərpa-müalicə tədbirləri həyata keçirilir. Həmin stasionarlarda 355 nəfər əlilə müvafiq xidmətlər göstərilib.

Simsar.az

 

 

 

 

 






11 İyul, 2014  15:54 Baxılıb: 580 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner