Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İqtisadi fəal əhalimiz 1,5% artıb

Son bir il ərzində ölkədə iqtisadi fəal əhalinin sayı 1,5 faiz artaraq 2014-cü ilin 1 iyul tarixinə 4 milyon 794 min nəfərə, məşğul əhalinin sayı isə 1,7 faiz artaraq 4 milyon 556 min nəfərə çatıb.

Simsar.az xəbər verir ki, bunu İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasıda çıxışı zamanı deyib.

Nazir bildirib ki, Əmək ehtiyatlarının keyfiyyətinin yüksəldilməsinə və işçi qüvvəsindən istifadənin səmərəliliyinin artırılmasına nail olmaq üçün turizm, emal sənayesi, tikinti, energetika, kənd təsərrüfatı, nəqliyyat və xidmət sahələrinə aid 200 peşə standartı hazırlanaraq cari ilin əvvəlindən sahibkarların istifadəsinə verilib: “Bu prosesin davam etdirilməsi və müxtəlif sahələrə aid daha 5 mindən çox peşə standartının hazırlanması nəzərdə tutulur. Əlverişli demoqrafik vəziyyətin formalaşdığı hazırkı dövrdə bu problemin həlli xüsusi əhəmiyyət kəsb edir”.

Şahin Mustafayevin sözlərinə görə, son 10 il ərzində əhalinin orta illik artım göstəriciləri yüksəlib, orta ömür müddəti uzanmış və müsbət miqrasiya saldosuna nail olunub: ”Əhalinin ümumi strukturunda 15-64 yaş qrupunun payı 66,7 faizdən 71,8 faizə qədər yüksəlib. Beləliklə, hazırda Azərbaycanda əhalinin yaş strukturu demoqrafik dividendin əldə olunmasına imkan verir. Bu amil nəzərə alınmaqla, eləcə də əhalinin kəmiyyət və keyfiyyət artımını tənzimləmək məqsədilə ölkənin uzunmüddətli inkişaf xəttinə uyğun olaraq “Azərbaycan Respublikasında demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramının (2014-2025-ci illər)” layihəsi üzərində iş bu ilin 6 ayı ərzində başa çatdırılıb.

2014-cü ilin birinci yarısında əmək qabiliyyətli əhalinin işlə təminatı üçün müvafiq tədbirlər görüldüyünü deyən nazir, məşğulluq xidməti orqanlarına müraciət etmiş 13742 nəfər münasib işlə təmin olunduğunu, 1782 nəfər peşə hazırlığı və əlavə təhsil kurslarına, 57327 nəfər isə peşəyönümü məsləhətlərinə cəlb olunduğunu deyib.

O bildirib ki, vətəndaşların müraciətlərinin araşdırılması zamanı 9269 halda işəgötürənlər tərəfindən əmək qanunvericiliyinin tələblərinin pozulduğu aşkar edilib, 2 milyon 352 min manat məbləğində cərimə tətbiq olunub və bunun 35,3 faizi dövlət büdcəsinə ödənilib ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 23 dəfə çoxdur. Həmçinin ötən 6 ay ərzində 5613 işçi ilə əmək müqaviləsinin bağlanılması təmin olunub: “2014-cü ilin birinci yarısında aztəminatlı əhalinin sosial-iqtisadi problemlərinin həlli, onların yaşayış səviyyəsinin qaldırılması və sosial yardımların ünvanlılığının təmin edilməsi sahəsində ciddi addımlar atılıb. Bu dövrdə respublika üzrə orta hesabla 128 min ailənin 560 min nəfər üzvünə ünvanlı sosial yardım verilib ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 2300 nəfər az olmaqla, normal azalma meylini özündə əks etdirir. Ünvanlı sosial yardımın bir ailəyə düşən orta aylıq məbləği 133 manat olmuş və ya son bir ildə 10,5 faiz artmışdır. Bu yardımların maliyyələşdirilməsinə 6 ay ərzində 107 milyon manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 12 faiz çox vəsait xərclənib”.

Vüsal Qarayev







11 İyul, 2014  12:42 Baxılıb: 870 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner