Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Son 3 ilin buraxılış imtahanı nəticələri - Statistika

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycanda son 3 ildə keçirilən buraxılış imtahanlarının yekun statistikasını açıqlayıb. Simsar.az-ın məlumatına görə, TQDK sədri Məleykə Abbaszadə bildirib ki, ölkə prezidentinin 19 aprel 2012-ci il tarixli fərmanı ilə ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsil alanların biliyinin yekun qiymətləndirilməsinin (attestasiyasının) həyata keçirilməsi TQDK-ya həvalə edilib. Həmin vaxtdan indiyədək ötən dövr ərzində TQDK buraxılış imtahanlarında obyektivliyin və şəffaflığın təmin olunması, əvvəlki illərdə bu imtahanlarda baş vermiş neqativ halların təkrarlanmaması üçün kompleks tədbirlər həyata keçirib. İmtahan rəhbərləri və zal nəzarətçilərinin imtahanlara hazırlığı, test bankının, proqram təminatının formalaşdırılması, imtahan mərkəzlərinin müəyyənləşdirilməsi və digər istiqamətlərdə geniş miqyaslı işlər görülüb.

2013-cü ilin aprelində TQDK tərəfindən “Şagird-Məzun” sisteminin formalaşdırılması işi başa çatıb. Sistem ümumi təhsil müəssisələrində təhsil alanların biliyinin yekun qiymətləndirilməsinin həyata keçirilməsi ilə əlaqədar yaradılıb. Sistemə ümumtəhsil məktəblərinin buraxılış sinfində təhsil alan 9-cu və 11-ci sinif şagirdləri haqqında məlumatlar daxil edilib. Buraxılış sinif şagirdlərinə “Şagird–məzun sistemi”ndə özləri haqda məlumatları internet vasitəsilə yoxlamaq imkanı yaradılıb.

TQDK sədri deyib ki, 2014-cü ildə TQDK tərəfindən 3-cü dəfə respublika üzrə mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirilib. 2012-ci ildə buraxılış imtahanları 291 (şəhərdə 241, kənddə 50), 2013-cü ildə 327 (şəhərdə 268, kənddə 59), 2014-cü ildə 300 (şəhərdə 300, kənddə 69) imtahan mərkəzində keçirilib.

2012-2014-cü İL MƏZUNLARININ BURAXILIŞ İMTAHANLARINDAKI NƏTİCƏLƏRİ:

2012-ci il

IX sinif:  117363 nəfər

Ana dilindən müvafiq qiymət alanlar: 84217 (71.76%)

Riyaziyyatdan müvafiq qiymət alanlar: 68461 (58.33%)

XI sinif: 78539 nəfər

Ana dilindən müvafiq qiymət alanlar: 64891 (82.62%)

Riyaziyyatdan müvafiq qiymət alanlar: 58350 (74.29%)

2013-cü il

IX sinif: 117275 nəfər

Ana dilindən müvafiq qiymət alanlar: 79583 (67.96%)

Riyaziyyatdan müvafiq qiymət alanlar: 81970 (69.90%)

XI sinif: 86632 nəfər

Ana dilindən müvafiq qiymət alanlar: 69230 (80.10%)

Riyaziyyatdan müvafiq qiymət alanlar: 69315 (80.01%)

2014-cü il

IX sinif: 111868 nəfər

Ana dilindən müvafiq qiymət alanlar: 84007 (75.22%)

Riyaziyyatdan müvafiq qiymət alanlar: 78324 (70.01%)

XI sinif: 83093 nəfər

Ana dilindən müvafiq qiymət alanlar: 69016 (83.33%)

Riyaziyyatdan müvafiq qiymət alanlar: 66681 (81.25%)

 

Aysel Kərimova







11 İyul, 2014  11:19 Baxılıb: 1042 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner